525ci qəzet Pakistanın PIA aviaşirkəti 4,5 illik qadağadan sonra Avropaya uçuşları bərpa edəcək
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Pakistan International Airlines” (PIA) aviaşirkəti 4,5 illik qadağadan sonra gələn il yanvarın 10-da Avropaya uçuşları bərpa edəcək.
Bu barədə 525.az “Report” a agentliyinə istinadən xəbər verir.
PİA nümayəndəsi Abdullah Hafiz Xan bildirib ki, uçuş cədvəli yekunlaşdırılıb. Şirkət tezliklə Böyük Britaniyaya reyslərin bərpası üçün icazə almaq məqsədilə bu ölkənin Nəqliyyat Nazirliyinə (DfT) müraciət edəcək.
Qeyd edək ki, Pakistanın 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra pilot lisenziyası qalmaqalı ilə bağlı araşdırmaya başlamasından sonra Aİ və Böyük Britaniyanın aviasiya təhlükəsizliyi agentlikləri PIA-nın bölgədə sərnişin daşımaları üçün lisenziyasını dayandırmışdı.
Bu səbəbdən aviaşirkət illik gəlirindən 40 milyard rupi (144 milyon ABŞ dolları) zərər çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 Dekabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















