Pakistan Baş naziri İranla bağlı paylaşımını sildi
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistan Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair sazişin imzalanma mərasiminin cümə günü İsveçrədə keçiriləcəyini bildirdiyi X paylaşımını silib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Pakistan Baş naziri bundan əvvəl X platformasında münaqişə tərəfləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə bağlı paylaşım edib. Həmin paylaşımda o, sənədin imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçiriləcəyini və sənədin bundan sonra dərhal qüvvəyə minəcəyini də bildirib.
Telekanalın məlumatına görə, Şərif daha sonra paylaşımın yeni versiyasını dərc edib. Yeni paylaşımda artıq nə İsveçrənin adı çəkilir, nə də imzalanma mərasimi barədə məlumat verilir.
“NBC News”un məlumatına əsasən, ABŞ vitse-prezidenti Ceyms Devid Vens Prezident Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmasına baxmayaraq, iyunun 19-da Vaşinqton və Tehran arasında anlaşma memorandumunun rəsmi imzalanma mərasimi üçün İsveçrəyə səfər edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 İyun 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















