Icma.az
close
up
RU
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı birləşir? İranla bağlı YENİ SSENARİ

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı birləşir? İranla bağlı YENİ SSENARİ

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir İran rəsmilərini husilərin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almağa çağırıb.

Pakistan rəsmiləri Tehrana bildiriblər ki, Səudiyyə Ərəbistanı “Məkkə sazişi”nə əsasən rəsmi müraciət edərsə, İslamabad ölkənin müdafiəsi üçün tədbir görməyə məcbur qalacaq.

Bəs Səudiyyənin belə bir müraciət ehtimalı nə qədər realdır? Pakistan İrana qarşı müharibəyə qoşula bilərmi və bu halda regionda nələr yaşanacaq?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Taleh Əliyev bildirib ki,

Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar fonunda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının iştirakı ilə yeni güc blokunun formalaşması məsələsi gündəmə gəlir:

"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. İran-İsrail qarşıdurması tam şəkildə başa çatmayıb. Eyni zamanda İsrail ilə Hizbullah və HƏMAS arasında döyüşlər davam edir. Suriyada da tam sabitlik təmin olunmayıb. Bundan başqa, İranla digər regional aktorlar arasında gərginlik müşahidə olunur. Yəməndə husilərin Səudiyyə Ərəbistanına qarşı fəaliyyəti və Yəmən hökuməti ilə "Ənsər Allah" hərəkatı arasındakı qarşıdurma da regiondakı təhlükəsizlik vəziyyətinə təsir göstərir. Belə bir şəraitdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının hərbi imkanlarının daha sıx koordinasiya olunması regionda yeni hərbi-siyasi reallıq yarada bilər".

Mütəxəssis hesab edir ki, Pakistanın mümkün hərbi müdaxiləsi münaqişənin coğrafiyasının daha da genişlənməsinə səbəb olacaq:

"Pakistanın nüvə dövlət olması isə belə bir ssenarinin risklərini artıran amillərdən biri kimi qiymətləndirilir. Mümkün hərbi əməkdaşlıq çərçivəsində kəşfiyyat məlumatlarının mübadiləsi, silahlı qüvvələr arasında koordinasiya, hərbi texnologiyalardan istifadə və hərbi birləşmələrin hazırlanması kimi istiqamətlər ön plana çıxa bilər. Həmçinin qarşıdurmanın məzhəb amili üzərindən genişlənməsi ehtimalına da diqqət çəkmək mümkündür. Müharibənin sünni-şiə qarşıdurması formasına keçməsi yalnız müharibədə iştirak edən ölkələrə deyil, dünyanın müxtəlif yerlərində yaşayan müsəlman icmalarına da təsir göstərə və gərginliyi artıra bilər. Bununla yanaşı İran tərəfi üçün belə bir hərbi-siyasi proses ölkə daxilində toparlanmaq və xaricdə yaşayan şiə icmaları üzərində təsir imkanlarını artırmaq baxımından müəyyən əhəmiyyət daşıyar".

Politoloqun fikrincə, müharibənin genişlənməsində maraqlı olan xarici qüvvələrin də mövcudluğu mümkündür:

"Bu baxımdan Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrin hərbi imkanlarının hansı formada istifadə ediləcəyi qarşıdakı proseslərin istiqamətinə təsir göstərəcək. Xüsusilə Pakistanın münaqişəyə birbaşa müdaxiləsinin daha genişmiqyaslı və təhlükəli qarşıdurmaya yol aça biləcəyini realdır".

Günəş Fərəh

Azpolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri