Icma.az
close
up
RU
Pakistan Ermənistan yaxınlaşması: region üçün hansı mesajlar var?

Pakistan Ermənistan yaxınlaşması: region üçün hansı mesajlar var?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Cənubi Qafqaz siyasətində diqqətçəkən hadisələrdən biri Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması imkanlarının müzakirəyə çıxarılmasıdır.

Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar sosial şəbəkə hesabında həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını və tərəflərin bu istiqamətdə ilkin razılığa gəldiyini bildirib. Bu açıqlama regionda yeni geosiyasi sualları gündəmə gətirib.

Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması məsələsi hansı şərtlərdə gündəmə gəldi?  Bu addım Pakistan-Azərbaycan münasibətlərinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistan son illərdə regional siyasətdə yeni tərəfdaşlar axtarmaq xəttini gücləndirib. Pakistan isə ənənəvi olaraq Azərbaycanın yaxın müttəfiqi olub və bu səbəbdən İslamabad-İrəvan münasibətləri uzun illər boyu dondurulmuş vəziyyətdə qalıb. İndi regionda yeni reallıqlar, xüsusilə də Qarabağ müharibəsindən sonra dəyişən geosiyasi balans Ermənistanı müxtəlif istiqamətlərdə açılımlar axtarmağa vadar edir. Telefon danışığının özü bu istiqamətdə atılmış ilk addım kimi dəyərləndirilə bilər.

Müsahibimiz vurğulayıb ki, Pakistanın Azərbaycanla strateji tərəfdaşlığı çox dərindir və yalnız diplomatik münasibətlərə deyil, hərbi, siyasi və mədəni əməkdaşlığa əsaslanır:

"Ona görə də, İslamabadın İrəvanla dialoqa başlaması, prinsipial olaraq Bakıya qarşı yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Lakin bu məsələ Azərbaycanın siyasi dairələrində diqqətlə izləniləcək və İslamabaddan aydın mövqe gözləniləcək".

Polotoloq qeyd edib ki, Ermənistan Qərblə inteqrasiyanı gücləndirməyə çalışır, eyni zamanda Asiyada da təcriddən çıxmaq istəyir. Onun sözlərinə görə, Pakistan isə böyük İslam dünyasının əsas güclərindən biri olaraq Ermənistan üçün yeni siyasi kanal deməkdir. İrəvan bu addımla həm də Türkiyə-Azərbaycan tandemi qarşısında balans yaratmaq cəhdi göstərə bilər.

Züriyə Qarayeva: İslamabad-İrəvan dialoqu Bakıya qarşı yönəlmiş addım kimi qiymətləndirilməməlidir

"Bu yaxınlaşma regionda hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər" sualına cavab olaraq, Z.Qarayeva deyib ki, əgər proses davamlı xarakter alsa, Ermənistan üçün yeni diplomatik meydan açılar:

"Amma Pakistanın Azərbaycanla strateji münasibətləri nəzərə alınsa, bu əlaqələrin tam institusionallaşması o qədər də sürətli olmayacaq. Yəni, proses daha çox simvolik və balans siyasəti çərçivəsində inkişaf edə bilər".

Həmsöhbətimiz hesab edir ki, bu, tərəflərin daha çox diplomatik jestidir. Ermənistan üçün yeni tərəfdaş axtarışı, Pakistan üçün isə Cənubi Qafqazda əlavə əlaqə kanalı yaratmaq cəhdi:

"Amma real nəticələrin olub-olmayacağı hələlik sual altındadır. Burada həm Azərbaycanın mövqeyi, həm də regionda güclərin münasibəti mühüm rol oynayacaq".

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri