Icma.az
close
up
RU
“Zəngilandan verilən mesajlar Ermənistan xalqı üçün yaddaş kitabçası olmalıdır”

“Zəngilandan verilən mesajlar Ermənistan xalqı üçün yaddaş kitabçası olmalıdır”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Cənab Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər, düşünürəm ki, gündəm müəyyənləşdirən fikirlərdir. O baxımdan ki, bu gün dünyada və regionda gedən proseslər fonunda ifadə edilən hər bir fikir Azərbaycanın keçmiş acı təcrübəsi nəzər salmaqla indiki və gələcək mövqeyi ilə bağlı aydın yanaşma ortaya qoyur. Bu çıxışı bir neçə istiqamət üzrə müəyyənləşdirdiyimiz zaman dövlət başçımız Azərbaycanın siyasi, diplomatik, hərbi uğurlarından söz açdısa, Zəngilanda, Cəbrayılda və bütövlükdə Qarabağda gedən bərpa və quruculuq işləri istiqamətində aparılan işlərlə Azərbaycanın iqtisadi potensialı, gələcək inkişaf perspektivlərini də nümayiş etdirdi. Habelə, dövlət başçımız son dərəcə önəmli aspekt olan ideoloji amilə də vaxtında və dəqiqliklə toxundu. Məhz bu aspektin önəmini nəzərə alaraq vurğulamaq istərdim ki, xüsusilə sülh prosesinin irəlilədiyi bir zamanda Ermənistanda daxili durumun mövcudluğu və Azərbaycana qarşı revanşist fikirlərin səsləndirildiyi bir məqamda dövlət başçımızın cəmiyyəti ideoloji baxımdan möhkəm olmağa səsləməsi, tarixi gələcək nəsillərə aşılamaq tapşırığını qarşımızda qoyması son dərəcə mühüm amildir. Dövlət başçımızın bu səsinə yekdilliklə səs verməliyik. Çünki bu səs siqnaldır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, təsadüfi deyil ki, Azərbaycan Lideri bildirdi ki, Azərbaycan xalqı, Azərbaycan polisi çörək və su verən xalqdır: “Yəni gediş-gəlişin açıldığı bir məqamda Ermənistan daxildə gedən prosesləri, səsləndirilən fikirləri də nəzərə almalıdır ki, Azərbaycan olmadan inkişaf perspektivləri, demək olar ki, sıfıra bərabərdir. Dövlət başçımızın çıxışının konkret istiqamətlərinə döndüyümüz zaman o da təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Qələbə meydanımızda “İskəndər-M”, “Skad” adını çəkdi. Habelə, ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələrinin nə qədər güclü, nüvə dövlətləri olduqlarını, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduqlarını bir daha diqqətə çatdırdı ki, biz çox böyük güclərlə baş-başa gəlmişik. Bu inkarolumaz fakt reallığında heç bir mübaliğə olmaz ki, bizim Müzəffər Ali Baş Komandanımız məhz bu cür qüvvələrə qalib gəlib. Tam əksi, biz bununla fəxr etməliyik, bu fəxarət hissini əbədi tutmalıyıq. Bu əbədiyyət Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi xətt üzərində qurulub. O Heydər Əliyev ki, xalq məhz həmin insana pənah gətirdi, məhz həmin insan Azərbaycanı uçurumun kənarından geri qaytardı”.

Politoloq vurğulayıb ki, cənab Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi yol üzrə xalqımızı hədəfə köklədi: “Necə ki, vaxtilə vətəndaş müharibəsi zamanı cavan-cavan qızlarımız, oğlanlarımız məkirli siyasətə, daxili çəkişmələrə qurban gedirdi və bunun qarşısını zamanında Heydər Əliyev aldı, eləcə də xalqımız Vətən müharibəsi zamanı əlavə sualsız olaraq Liderinin ətrafında birləşdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev qan tökmədən Kəlbəcəri, Laçını, Ağdamı azad etdi. Elə birinci Ermənistan Azərbaycan Liderinə minnətdar olmalıdır ki, vaxtında hərbi əməliyyatlar dayandırıldı. Ermənistan isə xoşluqla deyil, ultimatumdan sonra çıxdı və Azərbaycan ikinci dəfə Ermənistana sarsıdıcı zərbə vurdu. Beləliklə də Azərbaycan dünyada mövcud olan separatçı yuvalardan birini dağıtdı. Bu, tariximizin qürur duyulmalı məqamı, səhifəsidir. Ermənistan bununla kifayətlənmədi, torpaqlarımızı zəhərlədi, münbit torpaqlarımız yararsız hala düşdü. Bu baxımdan dövlət başçımız bildirir ki, həmin bu torpaqların bərpası üçün bizə illər lazımdır. Bu reallıq fonunda yürüdülən siyasət bəllidir. Bir tərəfdə yıxıcı, dağıdıcı, zərərverici Ermənistan, onun işğal siyasəti, digər tərəfdə isə sülh quruculuğu yolunda əzmlə irəliləyən, bərpa edən, quran, yaradan və yaraları sağaldan Azərbaycan tərəfi dayanır”.

Onun sözlərinə görə, Zəngilandan verilən mesajlar Ermənistan xalqı üçün yaddaş kitabçası və strateji yol xəritəsi olmalıdır: “Çünki məhz Zəngəzur dəhlizi açıldıqdan sonra Zəngilan faktiki olaraq iki ölkə ilə sərhəd-keçid məntəqəsi olan yeganə rayon olacaq. Bu, sadəcə fiziki baxımdan deyil, bir neçə istiqamətdən baxdıqda strateji əhəmiyyətli bir məsələdir. Bu region Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ayrılmaz bir parçası olacaq. Ermənistanın dünya iqtisadiyyatına, siyasətinə inteqrasiyası da məhz buradan başlayacaq. Odur ki, vaxtilə Ermənistanın Cəbrayıla yol çəkmək xəyalları bu gün Azərbaycanın yaratdığı reallıqda və sayıq halda öz əksini tapır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 May 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see745

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see194

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see183

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see174

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see168

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see164

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see163

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see162

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see162

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see161

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see161

Çində ağaclara sistem qoşulur VİDEO

09 May 2026 15:46see158

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see158

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see155

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see153

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see152

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see151

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see151

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see151

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri