Icma.az
close
up
RU
Pakistan Hindistan gərginliyinin tarixi İndi kim qazanacaq?

Pakistan Hindistan gərginliyinin tarixi İndi kim qazanacaq?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistan və Pakistan arasında bu günə qədər dörd əsas hərbi münaqişə baş verib. Bu qarşıdurmaların əksəriyyəti Kəşmir bölgəsi üzərindəki mübahisələrlə əlaqəlidir. 

Sfera.az xəbər verir ki, 1947-1948-ci ildə baş verən müharibə BMT-nin atəşkəs çağırışı ilə yekunlaşıb. Kəşmir Hindistan və Pakistan arasında bölünüb. 

1965-ci ildə olan toqquşma sonrası Daşkənd Sazişi ilə atəşkəs əldə edilib və ərazi dəyişiklikləri olmayıb. 1971 və 1999-ci illərdə baş verən qarşıdurma isə Hindistanın qələbəsi və əraziləri geri alması ilə sona çatıb.

Ən ağır nəticə 1971-ci ildə Banqladeşin müstəqilliyi ilə yekunlaşıb və Hindistanın qələbə əldə edib.

2025-ci ilin aprelində isə iki ölkə arasında münasibətlər yenidən pozulub. Hindistanın Cammu və Kəşmir bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Hindistan bu hücuma görə Pakistan mənşəli qrupları ittiham edib. Bununla əlaqədar Hindistan diplomatik və iqtisadi münasibətləri dondurub, Pakistan isə cavab olaraq oxşar addımlar atıb.

Hər iki tərəfin nüvə silahına malik olması vəziyyəti daha da təhlükəli edir. Beynəlxalq ictimaiyyət tərəfləri təmkinə və dialoqa çağırır.


Sözügedən məsələ ilə bağlı Sfera.az- a açıqlama verən politoloq Natiq Miri indiyəqədərki qarşıdurmalarla müqayisədə perspektivdə baş verməsi ehtimal olunan toqquşmanın tamamilə fərqli olduğunu deyib. 

Politoloq bildirib ki, bu dəfə söhbət iki nüvə dövlətinin qarşı-qarşıya gəlməsindən gedir:

“Əvvəlki münaqişələr bu səviyyədə olmayıb və Hindistan adətən hərbi üstünlüyü ilə seçilib. Lakin hazırkı vəziyyət tamamilə başqa mənzərə yaradır. Hər iki tərəf nüvə silahına malikdir və belə müharibələrin qalibi olmur. Bu səbəbdən bu qarşıdurma yalnız Hindistan və Pakistan arasındakı münaqişə deyil, regional sərhədləri aşan və qlobal təsirlərə səbəb olacaq ciddi bir böhrandır”.

N.Miri Hindistan-Pakistan müharibəsi digər ölkələrin də müdaxiləsi üçün zəmin yarada biləcəyini vurğulayıb. 

Onun sözlərinə görə,  ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələndə sülhdən danışsa da, hazırda iki nüvə dövlətinin qarşıdurması ərəfəsində yetərli araşdırma aparmadan birtərəfli şəkildə Hindistanı dəstəkləyir:

“Lakin bu, Pakistanın təcrid olunduğu anlamına gəlmir. İslamabadın Azərbaycan, Türkiyə və Çin kimi strateji tərəfdaşları mövcuddur. Buna görə də qarşıdurma yalnız iki ölkə arasında məhdudlaşmayaraq daha genişmiqyaslı münaqişəyə çevrilə bilər”.

Fidan Hacızadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri