Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Hindistan Pakistan gərginliyinin qarşısı alınmalıdır ŞƏRH

Hindistan Pakistan gərginliyinin qarşısı alınmalıdır ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi dialoq və diplomatiya müstəvisində təşəbbüsləri təşviq etmək olmalıdır

Mövcud vəziyyət göstərir ki, Cənubi Asiyada baş verən hərbi-siyasi proseslər artıq lokal xarakter daşımır



Cənubi Asiyada da gərginlik pik həddə çatır. Pakistan və Hindistan arasında son günlərdə baş verən diplomatik gərginlik, sərhəd insidentləri və hərbi ritorika vəziyyətin daha da ağırlaşdığına işarə edir.

Hər iki ölkənin nüvə silahlarına malik olması, bu gərginliyin regional və qlobal təhlükəsizlik üçün ciddi təhdid olduğunu göstərir. Hindistan bütün Pakistan vizalarını ləğv edib və pakistanlılara ölkəni tərk etmək göstərişi verib. Pakistan isə cavab olaraq sərhədləri bağlayıb, hava əlaqəsini və ticarəti dayandırıb.

Qeyd edək ki, Hindistan və Pakistan arasında tarixi Kəşmir münaqişəsi illərdir regionda gərginliyin əsas qaynağı olaraq qalır.  İngiltərənin müstəmləkə idarəçiliyindən azad olduqdan sonra yaradılan Hindistan dövləti Kəşmir vilayətini öz ərazisinə qatmağa çalışıb. Həmin vaxtdan etibarən bu bölgə üzərində Hindistan və Pakistan arasında davam edən mübahisə bu günə qədər həll olunmamış olaraq qalır. Hazırda Kəşmirin şimal-qərb hissəsi Pakistanın, digər hissəsi isə Hindistanın nəzarəti altındadır.Aprelin 22-də Cammuda baş verən partlayış bu münaqişəyə yeni və təhlükəli mərhələ qazandırıb. Hadisə nəticəsində 26 nəfər, əsasən hindu turistlər, həyatını itirib. Hindistan bu hücumun məsuliyyətini "The Resistance Front" adlı qruplaşmanın üzərinə qoyub və bu qruplaşmanın Pakistan tərəfindən dəstəkləndiyini iddia edib. Pakistan isə bu iddiaları rədd edərək  hücumla əlaqəsinin olmadığını,Hindistanın gərginliyi artırmaqda maraqlı olduğunu bildirib. Rəsmi İslamabad həmçinin  Hindistanın bu hadisəni bəhanə edərək hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu və bunun regionda sabitliyi pozacağını vurğulayıb.

Pakistanın yüksəkrütbəli rəsmisi iddia edib ki, Hindistanın İslamabada qarşı hərbi əməliyyat keçirməyə hazırlaşdığına dair "etibarlı kəşfiyyat məlumatı" var.

"Hindistanın yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatlarımız var", - Pakistanın informasiya naziri Attaullah Tarar X sosial media şəbəkəsində yayımlanan videomüraciətdə bildirib.

Yeri gəlmişkən, hadisənin ardınca Hindistan hökuməti “qan axırsa, su niyə axsın?” mövqeyi ilə çıxış edərək İndus Su Müqaviləsinin şərtlərini pozub və Pakistana axan suyun qarşısını alıb.Bu isə  Pakistan üçün ciddi humanitar və iqtisadi təhlükə yaradır. Belə ki, Pakistanın iqtisadiyyatı böyük ölçüdə suya əsaslanan kənd təsərrüfatına dayanır. İndus çayı və onun qolları Pakistanın ən vacib su qaynaqlarıdır. Hindistanın bu su axınlarını məhdudlaşdırması

terli əhalinin su ehtiyaclarını təhdid edir. Kənd təsərrüfatı məhsuldarlığını azaldır, xüsusən düyü, pambıq, buğda kimi məhsulların istehsalında problem yaradır.

İqtisadi itkilər və yemək təhlükəsizliyi sahəsində ciddi nəticələr doğurur.

Su axınının məhdudlaşdırılması, Pakistanın ekosistemləri üzərində böyük fəsadlar yarada bilər. Bu, suyun təbii dövranını pozur və həmçinin əkin sahələrinin suvarılmasını çətinləşdirir. Səhralaşma və torpaq eroziyası risklərini artırır. Hidroloji balansın pozulması nəticəsində çayların ekosistemlərindəki canlı həyat da təhdid altına girir.

BMT və Dünya Bankı, İndus Su Müqaviləsinin əhəmiyyətini vurğulayır və tərəfləri hüquqi öhdəliklərini yerinə yetirməyə çağırıb. Lakin Hindistanın mövqeyi, hüquqi tələblərə uyğun gəlmir və buna görə də beynəlxalq hüquqla bağlı problemlər yaradır.

Ekspertlərin fikrincə, Gərginliyin əsas səbəbi hər iki ölkədə artan ictimai təzyiq və Kəşmir məsələsidir.Münaqişənin genişlənməsi regional təhlükəsizliyə ciddi təhdid yarada, terror qruplarının fəallaşmasına səbəb qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər. Qeyd edilib ki, açıq müharibə riski aşağı olsa da, vəziyyət narahatedicidir.


Siysi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında deyib ki, Hindistan və Pakistan arasında artan gərginlik yalnız bu iki ölkə ilə məhdudlaşmır. Cənubi Asiyada baş verən istənilən ciddi qarşıdurma, xüsusilə də Pakistan ətrafında cərəyan edən hadisələr, regionda mühüm strateji tərəfdaşlıq əlaqələri olan Azərbaycan və Türkiyəyə də dolayısı ilə təsir göstərə bilər:


 “Bu baxımdan Türkiyənin son günlərdə Pakistana verdiyi açıq və prinsipial dəstək diqqətəlayiqdir. Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Hindistanı məsuliyyətli davranmağa və beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə çağıraraq bildirib: “İki ölkə arasında ritorika və hərbi müstəvidə artan gərginlik təkcə region xalqlarını deyil, həm də bütün beynəlxalq ictimaiyyəti təhdid edən nəticələrə yol aça bilər. Türkiyə, qardaş Pakistanın qanuni təhlükəsizlik narahatlıqlarını anlayır və tərəfləri sülhə dəvət edir”.


Siyasi ekspertin sözlərinə görə,  Türkiyənin bu çağırışı, həm də Hindistan hökumətinin son illərdə müşahidə olunan aqressiv və millətçi siyasətinə qarşı xəbərdarlıq xarakteri daşıyır. Xüsusilə Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakimiyyətin müsəlman azlıqlara qarşı sərt münasibəti və regiondakı geosiyasi iddiaları ciddi narahatlıq doğurur:

 “Azərbaycan da bu məsələdə qardaş Türkiyə ilə eyni mövqedə dayanaraq Pakistanın yanında olduğunu bir daha nümayiş etdirir. Azərbaycan-Pakistan münasibətləri uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı Pakistanın verdiyi açıq dəstək bu əlaqələrin dərinliyinin nümunəsidir. Bununla yanaşı, Hindistanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi və bu ölkəyə silah ixracını artırması bölgədə balansı pozan addım kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, Hindistanın Ermənistanı silahlandırması təkcə Cənubi Qafqazdakı sabitliyə deyil, həm də Hindistan-Pakistan gərginliyinin regional miqyasda yeni ittifaqlar və qarşıdurmalar doğurmasına səbəb ola bilər. Mövcud vəziyyət göstərir ki, Cənubi Asiyada baş verən hərbi-siyasi proseslər artıq lokal xarakter daşımır. Bölgənin böyük gücləri və onların müttəfiqləri arasında formalaşan yeni geosiyasi xəritədə Azərbaycan, Türkiyə və Pakistan kimi dövlətlərin koordinasiyalı siyasəti sabitlik və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə beynəlxalq ictimaiyyətin əsas vəzifəsi gərginliyin artmasının qarşısını almaq, dialoq və diplomatiya müstəvisində təşəbbüsləri təşviq etmək olmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:290
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri