Azərbaycan və Almaniya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqu baş tutub. SİA xəbər verir ki, tədbirdə hər iki tərəfdən bərpaolunan enerji, qida istehsalı və qablaşdırma, İKT və texnologiya xidmətləri, su idarəetmə texnologiyaları, avtomobil sənayesi həlləri və digər sektorlardan 40-a yaxın şirkət nümayəndələri iştirak edib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələri, o cümlədən alman şirkətlərinin ölkəmizdəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, Almaniya nümayəndə heyətinin Azərbaycana fevral səfərindən sonra bir neçə alman şirkəti ilə uğurlu danışıqlar aparılıb və sənaye, yaşıl enerji, İKT sektorlarında razılaşmalar əldə olunub.
Almaniyanın Şərqi Biznes Assosiasiyasının idarəedici direktoru Mixael Harms iqtisadiyyatda yaşıl transformasiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, ölkələrimizin bərpaolunan enerji sahəsində potensialını və Almaniyanın bu istiqamətdə nailiyyətlərini nəzərə alaraq sözügedən sahədə birgə təşəbbüslərin reallaşdırılması geniş perspektivlər vəd edir.
Tədbirdə, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Almaniyanın Federal İqtisadi İşlər və İqlim Fəaliyyəti Nazirliyinin (BMWK) Sənaye siyasəti departamentinin rəhbəri Bit Baron çıxış edib.
Tədbir Azərbaycan və Almaniya arasında alternativ enerji sektorunda tərəfdaşlığın genişləndirilməsi imkanları mövzusunda müzakirələrlə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















