Icma.az
close
up
RU
Pakistanda ardarda terror aktlarını kimlər törədir? Yeni Sabah

Pakistanda ardarda terror aktlarını kimlər törədir? Yeni Sabah

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Pakistanın cənub-qərbində yerləşən Quetta şəhərində dəmir yolu stansiyasında bomba partlayışı baş verib. Hadisə nəticəsində ən azı 13 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yerli media və polisin verdiyi məlumata görə, partlayış ekspress qatarın Peşavara yola düşmək üzrə olduğu anda baş verib.

Xatırladaq ki, son vaxtlar Pakistanda tez-tez terror aktları törədilir. Terror aktları xüsusən ölkənin cənub, cənub-qərb bölgəsində müşahidə olunur.

Siyasi analitiklər Pakistanda baş verən terror aktlarını, xüsusən də Quettadakı dəmir yolu stansiyasındakı partlayışı ölkədəki müxtəlif radikal qrupların törətdiyi hücumlar olaraq qiymətləndirilir. Bu terror aktlarının arxasında əsasən "Təhrik-e-Taliban Pakistan" (TTP) və "Bəlucistan Azadlıq Ordusu" (BLA) kimi radikal qrupların dayandığı deyilir.

TTP Pakistan hökumətinin və təhlükəsizlik qüvvələrinin fəaliyyətlərinə qarşı çıxan, həmçinin Pakistanın təkrarlanmış terrorla mübarizə əməliyyatlarını hədəf alan bir qruplaşdırmadır. Onlar əksər hallarda, Pakistanın cənub-qərb bölgələrində, xüsusilə də Bəlucistan bölgələrində terror hücumları təşkil edirlər. Əfqanıstanla sərhəd bölgəsində fəaliyyət göstərən TTP Pakistanın daxili siyasi və sosial sabitliyini pozmağa çalışır.

BLA isə Bəlucistan bölgəsində müstəqillik və ya daha çox muxtariyyət tələb edən bir qrupdur və bu məqsədlə terror hücumları həyata keçirir. Onlar xüsusən də dövlətin hərbi və inzibati obyektlərinə hücumlar təşkil edirlər.

Siyasi analitiklərə görə bu terror aktlarının əsas məqsədi Pakistan hökumətini zəiflətmək, ölkə daxilində qeyri-sabitlik yaratmaq və həmçinin, hər iki qrupun öz ideoloji və siyasi məqsədlərinə çatmaqdır.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. O bildirib ki, Pakistan illərdir ki, terror aktrlarına məruz qalır və bu, onun yerləşdiyi regionun əhəmiyyətindən irəli gəlir:

 “Ölkədə radikal İslam daha çox şiddətlənir və xüsusilə də Əfqanıstanda taliblərin fəaliyyəti, həmçinin Əfqanıstanda olan fərqli qruplar Pakistanda terror aktlarının baş verməsinə səbəb olur.

Bir müddət idi ki, bu ölkədə terror səngimişdi. Lakin  son zamanlar, xüsusən də ölkənin cənub hissəsində tez-tez  terror aktları həyata keçirilir.  Dəmir yol stansiyasında baş verən terror aktı ölkənin cənub-qərb hissəsinə düşüb. Bir neçə gün əvvəl də Cənubi Vəziristan ərazisində dəhşətli terror aktı həyata keçirilmişdi.

Burada əsas məsələ terror aktlarının kimlər tərəfindən təşkil edilməsi ilə bağlıdır. Təbii ki, bunun sifarişçiləri var və bunlar Pakistan hökumətinə təsir etmək istəyən qüvvələrdir. Məlum olduğu kimi hazırda Pakistanda bir koalisiya hökuməti formalaşdırılıb və daha çox qərblə arasında məsafə qoymağa çalışan Müsəlman Liqası hakimiyyətdədir. Şərif qardaşları hökumətə rəhbərlik edir və eyni zamanda Pakistan Xalq Partiyası da hökumətin, yəni bu dövlətin idarə olunması prosesində iştirak edir. Pakistanın hazırki  prezidenti Asif Əli Zərdari  Pakistan Xalq Partiyasının lideridir. Yəni, siyasi qüvvələr arasında ölkədə birlik əldə olunub,  görünür ki, bu da xarici dairələri narahat edir. Onlar bu barədə fərqli qruplara  təlimatlar verərək, terror aktlarının həyata keçirilməsini sifariş edirlər.

Heç bir halda bu cür terror aktları hansısa bir ideologiyaya xidmət edə bilməz. Əgər söhbət İslamdan gedirsə, bu din mülki insanların öldürülməsini qadağan edən humanist bir dindir. Yəni, bu cür terror aktları heç vaxt onunla izah oluna bilməz. Bu, sadəcə  Pakistan hökumətinə təsir etmək istəyən xarici dairələrin sifarişidir və uzun illərdir ki, bir çox dairələr, əsasən də Qərb dairələri Pakistanı öz əllərində oyuncağa çevirmək istəyirlər. Buna görə də ölkədə tez-tez hərbi çevrilişlər, terror aktları baş verir və nəticə etibarı ilə də Pakistan xalqı həmin o qüvvələrə qarşı inadlı şəkildə müqavimət göstərir"./Müsavat


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri