Icma.az
close
up
RU
Pakistanda ardarda terror aktlarını kimlər törədir? KONKRET

Pakistanda ardarda terror aktlarını kimlər törədir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Pakistanın cənub-qərbində yerləşən Quetta şəhərində dəmir yolu stansiyasında bomba partlayışı baş verib. Hadisə nəticəsində ən azı 13 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yerli media və polisin verdiyi məlumata görə, partlayış ekspress qatarın Peşavara yola düşmək üzrə olduğu anda baş verib.

Xatırladaq ki, son vaxtlar Pakistanda tez-tez terror aktları törədilir. Terror aktları xüsusən ölkənin cənub, cənub-qərb bölgəsində müşahidə olunur.

Siyasi analitiklər Pakistanda baş verən terror aktlarını, xüsusən də Quettadakı dəmir yolu stansiyasındakı partlayışı ölkədəki müxtəlif radikal qrupların törətdiyi hücumlar olaraq qiymətləndirilir. Bu terror aktlarının arxasında əsasən “Təhrik-e-Taliban Pakistan” (TTP) və “Bəlucistan Azadlıq Ordusu” (BLA) kimi radikal qrupların dayandığı deyilir.

TTP Pakistan hökumətinin və təhlükəsizlik qüvvələrinin fəaliyyətlərinə qarşı çıxan, həmçinin Pakistanın təkrarlanmış terrorla mübarizə əməliyyatlarını hədəf alan bir qruplaşdırmadır. Onlar əksər hallarda, Pakistanın cənub-qərb bölgələrində, xüsusilə də Bəlucistan bölgələrində terror hücumları təşkil edirlər. Əfqanıstanla sərhəd bölgəsində fəaliyyət göstərən TTP Pakistanın daxili siyasi və sosial sabitliyini pozmağa çalışır.

BLA isə Bəlucistan bölgəsində müstəqillik və ya daha çox muxtariyyət tələb edən bir qrupdur və bu məqsədlə terror hücumları həyata keçirir. Onlar xüsusən də dövlətin hərbi və inzibati obyektlərinə hücumlar təşkil edirlər.

Siyasi analitiklərə görə bu terror aktlarının əsas məqsədi Pakistan hökumətini zəiflətmək, ölkə daxilində qeyri-sabitlik yaratmaq və həmçinin, hər iki qrupun öz ideoloji və siyasi məqsədlərinə çatmaqdır.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. O bildirib ki, Pakistan illərdir ki, terror aktrlarına məruz qalır və bu, onun yerləşdiyi regionun əhəmiyyətindən irəli gəlir:

“Ölkədə radikal İslam daha çox şiddətlənir və xüsusilə də Əfqanıstanda taliblərin fəaliyyəti, həmçinin Əfqanıstanda olan fərqli qruplar Pakistanda terror aktlarının baş verməsinə səbəb olur.

Bir müddət idi ki, bu ölkədə terror səngimişdi. Lakin  son zamanlar, xüsusən də ölkənin cənub hissəsində tez-tez  terror aktları həyata keçirilir.  Dəmir yol stansiyasında baş verən terror aktı ölkənin cənub-qərb hissəsinə düşüb. Bir neçə gün əvvəl də Cənubi Vəziristan ərazisində dəhşətli terror aktı həyata keçirilmişdi.

Burada əsas məsələ terror aktlarının kimlər tərəfindən təşkil edilməsi ilə bağlıdır. Təbii ki, bunun sifarişçiləri var və bunlar Pakistan hökumətinə təsir etmək istəyən qüvvələrdir. Məlum olduğu kimi hazırda Pakistanda bir koalisiya hökuməti formalaşdırılıb və daha çox qərblə arasında məsafə qoymağa çalışan Müsəlman Liqası hakimiyyətdədir. Şərif qardaşları hökumətə rəhbərlik edir və eyni zamanda Pakistan Xalq Partiyası da hökumətin, yəni bu dövlətin idarə olunması prosesində iştirak edir. Pakistanın hazırki  prezidenti Asif Əli Zərdari  Pakistan Xalq Partiyasının lideridir. Yəni, siyasi qüvvələr arasında ölkədə birlik əldə olunub,  görünür ki, bu da xarici dairələri narahat edir. Onlar bu barədə fərqli qruplara  təlimatlar verərək, terror aktlarının həyata keçirilməsini sifariş edirlər.

Heç bir halda bu cür terror aktları hansısa bir ideologiyaya xidmət edə bilməz. Əgər söhbət İslamdan gedirsə, bu din mülki insanların öldürülməsini qadağan edən humanist bir dindir. Yəni, bu cür terror aktları heç vaxt onunla izah oluna bilməz. Bu, sadəcə  Pakistan hökumətinə təsir etmək istəyən xarici dairələrin sifarişidir və uzun illərdir ki, bir çox dairələr, əsasən də Qərb dairələri Pakistanı öz əllərində oyuncağa çevirmək istəyirlər. Buna görə də ölkədə tez-tez hərbi çevrilişlər, terror aktları baş verir və nəticə etibarı ilə də Pakistan xalqı həmin o qüvvələrə qarşı inadlı şəkildə müqavimət göstərir”.//Müsavat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri