Pakistanda azərbaycanlı qadına təcavüz edildi KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadın təcavüzə məruz qalıb.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, polis 20 yaşlı Azərbaycan vətəndaşı olan qadına təcavüzə görə üç kişiyə cinayət işi açıb.
Bildirilib ki, Diana adlı azərbaycanlı qadın naməlum iki qadın tərəfindən bir kafeyə aparılıb. Qadınlar orada onları gözləyən üç nəfərlə vaxt keçiriblər. Müəyyən müddət sonra qrup Diananı naməlum mənzilə aparıb, ona içki içiriblər.
Bundan sonra üç kişi ona təcavüz edib, daha sonra onu hava limanının yaxınlığında tərk edib qaçıblar.
“Bütün təqsirləndirilən şəxsləri müəyyən etdik. Cinayətdə istifadə edilən nəqliyyat vasitəsi müsadirə edilib”, – Pakistan polisindən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 28 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















