Pakistanda daşqınlar son iki gündə 31 nəfərin həyatına son qoyub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 2 sentyabr, AZƏRTAC
Pakistanda son günlər güclü yağışlar səbəbindən baş verən daşqınlar 31 nəfərin həyatına son qoyub, 26 nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.
Məlumata görə, ən çox ölüm halı Şərqi Pəncab əyalətində qeydə alınıb - 25 nəfər. Şimal-qərbi Xayber-Paxtunxva əyalətində dörd nəfər, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin və Kəşmir bölgəsinin hər birində isə bir nəfər həyatını itirib.
Ölkənin meteorologiya xidmətinin proqnozuna görə, bölgədə leysan yağışları hələ bir neçə gün davam edəcək ki, bu da daşqın və torpaq sürüşməsi riskini artırır.
Bu mövzuda digər xəbərlər:Pakistanda daşqınlar sutka ərzində 54 nəfərin həyatına son qoyub
17 İyul 2025 12:01
Mövsümi musson yağışları Pakistanda 104 nəfərin həyatına son qoyub
14 İyul 2025 12:02
Boliviyada daşqınlar 16 nəfərin həyatına son qoyub
08 Yanvar 2025 22:08
Tailandda daşqınlar 25 nəfərin həyatına son qoyub
03 Dekabr 2024 12:52
Taylandda daşqınlar 18 nəfərin həyatına son qoyub
24 Noyabr 2025 22:25
Baxış sayı:106
Bu xəbər 02 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















