Mövsümi musson yağışları Pakistanda 104 nəfərin həyatına son qoyub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 14 iyul, AZƏRTAC
İyunun 26-dan iyulun 12-dək Pakistanda yağan güclü musson yağışları və daşqınlar nəticəsində azı 104 nəfər həlak olub, 200-dən çox insan isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb. Məlumata görə, ən çox insan tələfatı ölkənin şərqində yerləşən Pəncab əyalətində qeydə alınıb - 39 nəfər. Hayber-Paxtunxva əyalətində 31 nəfər, Sind əyalətində 17 nəfər, Bəlucistan əyalətində isə 16 nəfər həlak olub.
Yağıntıların yaxın günlərdə də davam edəcəyini proqnozlaşdıran meteorologiya xidmətləri təhlükə altında olan bölgələrdə yaşayan insanları ehtiyat tədbirləri görməyə çağırıblar. Hazırda təbii fəlakətdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















