Pakistanda güclü yağışların səbəb olduğu daşqınlarda 11 nəfər həlak olub
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Pakistanın Pəncab və Bəlucistan əyalətlərində güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ilkin məlumata görə 11 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, Pəncab əyalətinin Lahor şəhərində və Bəlucistanın bəzi bölgələrində yağan şiddətli yağışlar daşqınlara səbəb olub.
Musson yağışları səbəbilə kanalizasiya sisteminin yetersiz qaldığı və bəzi yolların bağlandığı Lahorda minlərlə insan elektrik kəsintisindən təsirlənib.
Rəsmilər bildirib ki, güclü yağışlar evlərə və yollara ziyan vurub, Lahor və Bəlucistanın bəzi hissələrində baş verən daşqınlarda ilkin məlumata əsasən 11 nəfər ölüb, çox sayda insan isə xəsarət alıb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 10 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















