Pakistanda güclü daşqınlarda ən azı 18 nəfər ölüb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Pakistanda iyunun sonunda başlayan və davam edən musson yağışları sel və torpaq sürüşmələrinə səbəb olub. Sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı hər gün artır.
Pakistanın Thak Gah kəndində güclü daşqınlar və leysan yağışları Hayber Paxtunxva (K-P) və Gilgit-Baltistan (G-B) bölgələrində dağıntılara səbəb olub.
Əyalət Fəlakətlərin İdarə Olunması İdarəsi (PDMA) uşaqların da daxil olduğu ən azı 18 nəfərin öldüyünü, bir çoxunun isə itkin düşdüyünü açıqlayıb.
Bu yaxınlarda verilən açıqlamada Pakistanda son 24 saat ərzində daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 21 nəfərin öldüyü və ölənlərin ümumi sayının 242-yə çatdığı bildirilib.
Yaralananların ümumi sayının isə 600-ə çatdığı qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















