Icma.az
close
up
RU
Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub

Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) binasında Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən bəhs edən "Vətən müharibəsi tarixi: şəxsiyyət amili" kitabının təqdimatı keçirilib.

BAKU.WS xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabı Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı qələbəyə və bu tarixi zəfərdə şəxsiyyət amilinin roluna həsr edilib.

Tədbirdə Pakistan Milli Assambleyasının Vitse-spikeri Syed Ghulam Mustafa Şahın, Pakistanın federal kommunikasiya naziri Abdul Alim Xan, federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar, federal informasiya və yayım naziri Ataullah Tarar, habelə Pakistan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri, milli assambleyanın komitə sədrləri, senatorlar və millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ictimaiyyətinin tanınmış üzvləri, tarixçi-alimlər, QHT və KİV nümayəndələri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və "Qurani-Kərim"dən duaların oxunması ilə başlayıb.

Daha sonra Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib.

İki ölkə arasındakı qardaşlıq münasibətlərinə həsr edilən çarx nümayiş edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, İkinci Qarabağ müharibəsinin şanlı tarixindən bəhs edərək, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın növbəti təxribatına cavab olaraq, Silahlı Qüvvələrinimizin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq zəfər çaldığını dinləyicilərin diqqətinə çatdırıb.

Bununla yanaşı diplomat, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa etdiyini vurğulayarq, 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" olaraq elan edildiyini qeyd edib.

O, Pakistan vətəndaşları üçün daha da əlçatan olması məqsədilə urdu dilinə tərcümə etdirilmiş sözügedən kitabın gələcək mərhələlərdə Azərbaycanın şanlı tarixi ilə bağlı elmi tədqiqatlar üçün önəmli mənbə rolunu oynayacağını deyib.

Kitabın nüsxələri tədbirdə iştirak edən qonaqlara, o cümlədən Pakistan Milli Assambleyasının kitabxanasına təqdim edilmiş və bu ölkənin beyin mərkəzlərinə, Milli və digər kitabxanalara, ali təhsil ocaqlarına göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri