Icma.az
close
up
RU
Qarabağ dan ikinci qol

Qarabağ dan ikinci qol

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Misli premyer-liqasında 30-cu tura start veriləcək. Həmin gün keçiriləcək yeganə oyunda “Səbail” “Qarabağ”ı qəbul edəcək.

Liderlə autsayderin dueli “CBC Sport”un efirində canlı yayınlanacaq. Turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
Misli premyer-liqası
4-cü dövrə, 30-cu tur
11 aprel
Səbail – Qarabağ 0:2

Abdulla Zubir, 17, Leandro Andrade, 19
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 15:+2=2-11, 9:30.
2017/18 – 0:2, 0:1; 2018/19 – 0:2, 1:2; 2019/20 – 0:4, 0:1; 2020/21 – 1:1, 1:1; 2021/22 – 3:1, 0:3; 2022/23 – 0:3, 0:3; 2023/24 – 2:1, 1:2; 2024/25 – 0:3.
Cəzalı: Süleyman Alluş (Səbail).
“Futbol+”in proqnozu: 10-30-60.
Bakı, “ASCO Arena”. Saat 19.00.
“Səbail”in dərdi böyükdü. Dərmanının olub-olmadığı bilinməsə də, həm Şahin Diniyevin, həm də Cavid Hüseynovun çatışmazlıqların qarşısında aciz qaldığı bəllidi. Elvin Məmmədov isə hələ “sirli qutu” təsiri bağışlayır. Əlbəttə, komandanı baş məşqçi kimi meydana çıxardığı ilk ilk oyunda “Kəpəz”lə “Turan Tovuz”dan xal qoparan mütəxəssisin “dənizçilər”i premyer-liqada saxlamağın yollarını tapmaq üçün vaxtı azdı. İş orasındadı ki, bu, heç də təkcə Bayıl təmsilçisinin bundan sonra göstərəcəyi çabalardan asılı deyil. Axı “Kəpəz” “Sabah”ın meydanında qalib gəlməklə sonuncu pillədən nə az, nə çox - 7 xal aralı düşdü. Yəni indi həm də “sarı-göylər”in büdrəyəməsinə bel bağlamaq lazımdı. Bu ərəfədə çempion olacağı vaxta gün sayan, ən yaxın izləyicisi olan “Zirə”ni də məğlub etməklə liderliyini bir qədər də möhkəmləndirən “Qarabağ”la qarşılaşmaq heç yerinə düşmür. “Dənizçilər”in kasad heyətindən, mövsümün əvvəlində azaldılan büdcəsindən, Şahin Diniyevin postunun təcrübəsiz Cavid Hüseynova tapşırılması üzündən uçuruma doğru irəliləməsindən dəfələrlə yazmışıq. Deməli, “Səbail”in bu matçda qələbə qazanmasının mümkünsüz olduğunu vurğulamağa ehtiyac yoxdu. “Dənizçilər” yalnız möcüzə sayəsində, heç olmasa, bir xala ümid edə bilər. Bu öz yerində. Başqa prinsipial məqama da toxunmamaq olmaz.
“Qarabağ” 31-ci turda əzəli rəqibi “Neftçi”ni qəbul edəcək. “Köhlən atlar” Bayıl təmsilçisini, ardından “ağ-qaralar”ı məğlub etsə, çempionluğunu rəsmiləşdirəcək! Sizcə, Qurban Qurbanov və komandası belə ideal fürsəti qaçırmaq istəyərmi? Təbii ki, yox! “Dənizçilər”in boğulmaq üzrə olduğunu, “Neftçi”nin hələ ağdamlılarla rəqabət aparacaq səviyyəyə çatmadığını nəzərə alsaq, Bayıldakı matçın taleyi indidən bəllidi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri