Icma.az
close
up
RU
Pakistanda universitet tələbələri piknik zamanı dənizdə boğulublar

Pakistanda universitet tələbələri piknik zamanı dənizdə boğulublar

Icma.az, Azertag saytına istinadən bildirir.

İslamabad, Hilal Əhməd, 13 noyabr, AZƏRTAC

Pakistanda Tibb Universitetinin sonuncu kursunda təhsil alan yeddi tələbə piknik edərkən Kəraçinin sahilində Ərəb dənizinin güclü dalğaları onları suya sürükləyib. Xilasetmə xidmətinin məlumatına görə, hadisə nəticəsində üç tələbə həyatını itirib, üçü xilas edilib, bir tələbə isə hələ də itkin düşmüş sayılır.

Polis və yerli hakimiyyət orqanlarının verdiyi məlumata əsasən, dənizdən huşsuz vəziyyətdə çıxarılan üç tələbə yaxınlıqdakı xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyəti stabil, birinin isə ağırdır. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İlkin məlumatlara görə, “Dow Tibb Elmləri Universiteti”nin tələbələri piknik zamanı dənizdə boğulublar. Universitetin təxminən 150 tələbəsindən ibarət qrup Kəraçi sahillərində piknikdə olub. Onlardan 15 nəfər isə ayrıca olaraq Ərəb dənizinə yaxın başqa bir çimərliyə yollanıb.

Universitet rəsmilərinin bildirdiyinə görə, bu 15 nəfərlik qrup sonuncu kurs tələbələrindən ibarət olub və onlar piknik təşkil ediblər. Hadisə şahidlərinin sözlərinə görə, tələbələr sahildə oynayarkən top dənizə düşüb. Onlardan biri topu götürmək üçün suya girdikdə dalğalar tərəfindən aparılıb. Digər tələbələr onu xilas etməyə çalışarkən eyni aqibətlə üzləşiblər.

Xəstəxana mənbələrinin məlumatına görə, xilas edilən tələbələrdən ikisinin vəziyyəti qənaətbəxşdir, birinin isə vəziyyəti ağır olaraq qalır. Universitetdə bu cür çimərlik səfərləri uzun illərdir davam edən bir ənənə hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri