Pakistanda hərbi əməliyyatlar zamanı 17 silahlı öldürülüb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanın cənub-qərbində keçirilən iki ayrı hərbi əməliyyat nəticəsində 17 silahlı öldürülüb, bir neçə nəfər isə yaralanıb.
APA-nın Pakistanın APP agentliyinə istinadən verdiyi məlumata görə, Bəlucistan əyalətinin Xuzdar rayonundakı Şor Barud dağlıq ərazisində keçirilən əməliyyatda 10 silahlı öldürülüb.
Eyni əyalətin Lajay bölgəsində aparılan digər əməliyyatda isə 7 silahlı məhv edilib. Təhlükəsizlik qüvvələri əməliyyatlar zamanı çoxlu sayda müasir silah, döyüş sursatı və digər avadanlıq aşkarlayıb.
Yerli mənbələr bildiriblər ki, silahlılara aid olduğu ehtimal edilən iki avtomobil və bir motosiklet də ələ keçirilib, onların gizləndiyi sığınacaqlar dağıdılıb.
Bəlucistan uzun illərdir Pakistanın təhlükəsizlik və hərbi obyektlərinə hücumlar həyata keçirən silahlı qrupların fəal olduğu bölgələrdən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 16 Avqust 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















