Icma.az
close
up
RU
Pakistanın diplomatik uğuru Hindistanda aranı qarışdırdı

Pakistanın diplomatik uğuru Hindistanda aranı qarışdırdı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Hindistan Milli Konqresi" (HMK) partiyası Pakistanın ABŞ və İran arasındakı sülh danışıqlarında oynadığı uğurlu rola görə Baş nazir Narendra Modinin hökumətini sərt tənqid edib.

Moderator.az xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb. Bildirilib ki, Pakistan ordusunun baş komandanı Asim Munirin Ağ Ev lideri Donald Trampın favoritinə çevrilməsi Nyu-Dehli üçün böyük zərbədir və buna görə də Hindistan öz diplomatik əməkdaşlıq strategiyasına tamamilə yenidən baxmalıdır.

Müxalifət partiyasından bildirirlər ki, Hindistanın Baş naziri Narendra Modi ölkənin diplomatik fəaliyyət strategiyasında tələb olunan islahatları həyata keçirmək iqtidarında deyil.

HMK-nın baş katibi Ceyram Rameş "X" sosial şəbəkəsindəki paylaşımında İslamabadın ABŞ və İran arasında sülh danışıqlarının ikinci raunduna ev sahibliyi etdiyini yazıb. O, həmçinin qeyd edib ki, Pakistan beynəlxalq borclarını ödəmək məqsədilə Qətər və Səudiyyə Ərəbistanından maliyyə dəstəyi əldə edib.

"Lakin hazırda Pakistan mühüm diplomatik rol oynayır. Tamamilə aydındır ki, Baş nazir Modinin qlobal və regional əməkdaşlıq tərzi, həmçinin prosesləri idarəetmə üsulu Pakistanı təcrid etməyə imkan vermədi", - deyə partiyanın baş katibi vurğulayıb.

Rameş əlavə edib ki, feldmarşal Asim Munirin Prezident Trampın bu qədər böyük favoritinə çevrilməsi Hindistana xüsusilə ağır zərbə vurur:

"Görünən odur ki, feldmarşal və onun tərəfdaşları Trampın ailəsinin və silahdaşlarının ekosistemini Hindistandan qat-qat yaxşı idarə edə biliblər. Bu, Modinin xarici siyasətinə endirilmiş nəhəng bir zərbədir. Hindistanın diplomatik fəaliyyət taktikası və strategiyasının tamamilə yenidən qurulmasına ehtiyacı var, lakin Modi sadəcə olaraq bunu bacarmır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Aprel 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri