Icma.az
close
up
RU
Pakistanın taktiki qələbəsi

Pakistanın taktiki qələbəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Oğuz ARİF
[email protected]

Hindistanın hərbi nüfuzu isə sarsıldı

2025-ci ilin may ayının 6-dan 7-nə keçən gecə Hindistan–Pakistan münaqişəsinin çağdaş tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Pakistan Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi yüksək texnologiyalı cavab əməliyyatı təkcə Hindistanın hərbi müdafiə qabiliyyətini deyil, həm də onun regionda liderlik iddialarını ciddi şəkildə sual altına aldı. Hindistanın Fransadan baha qiymətə satın aldığı “Rafale” qırıcılarına olan etibar sarsıldı, Pakistan isə yüksək müharibə taktikası və operativ çevikliyi ilə bölgədə yeni bir hərbi reallıq formalaşdırdı.

Əməliyyatın uğuru Pakistanın sistemli hazırlığı, real döyüş təcrübəsi və strateji koordinasiyası ilə izah olunur. Hindistanın “hava üstünlüyü” simvolu kimi təqdim etdiyi “Rafale” qırıcıları Pakistanın cavab zərbələri nəticəsində gözlənilməz və ağrılı itkilərlə üzləşdi. Rəsmi məlumatlara əsasən, 3 “Rafale” təyyarəsi məhv edilib. Hətta bu itkilərdən biri Fransanın öz hərbi mənbələri tərəfindən də təsdiqlənib. Bundan əlavə, Hindistan ordusu Rusiyadan alınmış Su-30MKI və MiG-29K tipli iki təyyarəsini də itirib. Ümumilikdə isə 77 pilotsuz uçuş aparatı Pakistan qüvvələri tərəfindən sıradan çıxarılıb.

Ən simvolik məqam isə ilk “Rafale” qırıcısının – BS-001 bort nömrəli təyyarənin qalıqlarının Hindistanın Batinda bölgəsində tapılması oldu. Bu təyyarə Hindistanın Fransadan aldığı 36 Rafale içərisində birinci idi və ölkənin hərbi modernləşməsinin simvoluna çevrilmişdi. Tapılan MICA raketinin qalıqları isə döyüşün şiddətini və real miqyasını göstərən əlamətdir.

Hadisədən sonra Hindistan ictimaiyyətində və beynəlxalq ekspert dairələrində ciddi suallar doğdu: niyə bahalı hərbi texnologiya real döyüş meydanında bu qədər aciz göründü? Cavab isə aydındır – texnologiya hər şeyi həll etmir. Pakistanın üstünlüyü taktiki çeviklikdə, elektron müharibə vasitələrinin ustalıqla istifadəsində və düşmənin zəif cəhətlərini öncədən tanımasında idi.

Qeyd edilməlidir ki, Pakistan bu üstünlüyü əvvəlcədən qazanmışdı. 2021-ci ildə Türkiyədə keçirilmiş “Anatolian Eagle” beynəlxalq təlimləri zamanı pakistanlı pilotlar Qətər Hərbi Hava Qüvvələrinin “Rafale” təyyarələrinin təlim ssenarilərini işləyib, onların zəif cəhətlərini dərindən öyrənmişdilər. Bu təcrübə son əməliyyatlarda öz bəhrəsini verdi.

Pakistanda istehsal edilən və Çin raketləri ilə silahlandırılmış JF-17 Block 3 təyyarələri bu əməliyyatın real qəhrəmanları oldular. PL-15E tipli raketlər, fransız silah sistemlərini geridə qoyaraq, yüksək dəqiqlik və uzaq məsafədən zərbə imkanları ilə diqqət çəkdi. Məhz bu taktika Hindistanı yaxın döyüşə girmədən neytrallaşdırmağa imkan verdi.

İndiki vəziyyət Hindistan üçün yalnız texniki deyil, həm də siyasi və strateji fiasko anlamına gəlir. Müasir ordu və texnologiya konsepsiyasına sərf edilən milyardlarla dollar, genişmiqyaslı hərbi alış-veriş və beynəlxalq PR kampaniyaları qarşısında Pakistanın daha çevik, kreativ yanaşması qalib gəldi. Bu hadisə, Hindistanın regiondakı hərbi çəkisini və deterrens (qorxutma) strategiyasını ciddi şəkildə zəiflətdi.

Pakistan tərəfi, xüsusilə baş nazir Şahbaz Şərifin ölə parlamentdə çıxışında bu əməliyyatı milli qürur kimi təqdim etdi. Onun sözlərinə görə, Hindistan tərəfi əməliyyatda 80 döyüş təyyarəsi və müxtəlif növ dronlar işlətsə də, Pakistanın cavab zərbəsi Hindistan komandanlığı üçün tam bir şok effekti yaratdı. Sosial mediada yayılan real görüntülər Hindistanı bu itkiləri formal şəkildə tanımağa məcbur etdi.

“Hava dueli” hadisəsinin nəticələri daha dərindir. Sübut olundu ki, hərbi münaqişələrdə zəfər yalnız silahın keyfiyyətindən deyil, həm də ağıldan, təlimdən və strateji uzaqgörənlikdən asılıdır. Pakistan məhz bu amillərlə Hindistanı alt-üst etdi. Bu, təkcə cəbhədə deyil, həm də qlobal informasiya müharibəsində böyük bir üstünlükdür.

Beləliklə, Cənubi Asiyada balans bir daha dəyişdi. Reallıq budur ki, hərbi texnologiyanın deyil, hazırlığın və zəkanın üstün olduğu bir dövr başlayır. Hindistan bu hadisədən dərs çıxaracaqmı? Bunu zaman göstərəcək. Amma Pakistan artıq göstərdi ki, müasir döyüşdə ağıllı olan qalib gəlir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see281

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see248

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see224

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see224

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see219

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see211

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see206

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see192

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see189

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see188

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see188

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see187

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see185

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see185

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see175

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see173

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see171

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see165

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see164

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri