Palata: ARDNF in “Azerbaijan Rigs” layihəsinin dəyəri 2 dəfədən çox azalıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya etdiyi “Azerbaijan Rigs” layihəsinin dəyərində ciddi azalma müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilib.
Belə ki, layihəyə 2013–2017-ci illərdə ARDNF tərəfindən ümumilikdə 838 milyon ABŞ dolları həcmində vəsait yatırılıb. Lakin 2024-cü ilin sonuna olan audit olunmamış maliyyə hesabatlarına əsasən, layihənin bazar dəyəri cəmi 372,5 milyon ABŞ dolları olaraq qiymətləndirilib. Bu isə təxminən 55%-lik dəyər itkisi deməkdir.
Xatırladaq ki, "Azerbaijan Rigs" MMC Fondun səhmlər alt portfeli çərçivəsində həyata keçirilən iri həcmli strateji investisiyalardan biri olub. Hazırkı vəziyyət layihənin iqtisadi səmərəliliyinin və aktivlərin effektiv idarə olunmasının yenidən qiymətləndirilməsini zəruri edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 31 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















