Palata sədri: “Şəffaflıq olmadan əldə edilən uğurları qoruyub saxlamaq çətindir”
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İqtisadi müstəqillik olduqca vacibdir. Bunun mahiyyəti dəyişməsə də, onun dövlət quruculuğunda istiqamətləri bir qədər dəyişir”.
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransında Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.
O qeyd edib ki, müasir dövrdə iqtisadi müstəqilliyin əsasları qeyr-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və beynəlxalq əməkdaşlığı özündə ehtiva edir: “Bu gün ölkəmizdə çoxvektorlu siyasət həyata keçirilir. Ölkəmizdə qloballaşmadakı unikallıqla, universallıq uzlaşdırılıb. Kənarda nə varsa onun gətirib ölkədə kor-koranə şəkildə tətbiqinin qarşısı alınıb. Yalnız Azərbaycanın milli maraqlarına uyğun iqtisadi əsaslar formalaşdırılıb”.
Palata sədri hesab edir ki, iqtisadiyyatda şəffaflığın təminatı olduqca vacidbir: “Şəffaflıq olmadan əldə edilən uğurları qoruyub saxlamaq çətindir. Bununla bağlı ölkəmizdə bir sıra dövlət proqramları, mütərəqqi addımlar atılıb. Məhz ASAN Xidmət modelinin formalaşması və elektron mühasibatlıq və digər məsələlər bu istiqamətdə atılan mühüm addımlardan biridir. Sözsüz ki, bəzi sahələrdə qapalılıq var. Bu da şəffaflığa ziyan vurur. Bu sahədə mövcud fəaliyyət sahələrinin genişlənməsinə çalışmalıyıq”.
Mürtəza


