Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir Deputat
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bəzi zəif cəhətlər var ki, onları qeyd etmək istərdim. Palatanın hesabatında da göstərildiyi kimi performans auditlərinin əhatə və sayı hələ də zəifdir. Hesabatın özündə də qeyd edilir ki, əhatə dairəsi zəifdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
"Daha çox uyğunlaşma auditi keçirilir. Uyğunlaşma auditi o deməkdir ki, bu vəsaitlər qaiməyə uyğun xərclənibmi? Bu vəsaitlər ümumiyyətlə xərclənməli idimi sualına daha çox performans auditi cavab verir. Amma performans auditinin sayı və əhatə dairəsində zəiflik mövcuddur. Risk əsaslı audit hələ də tam oturuşmayıb. Risk reyestri var, amma audit prioritetlərinin tam risk əsaslı aparılıb-aparılmadığı hesabtda tam görsənmir", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 Aprel 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















