Icma.az
close
up
RU
Palma yağı. Ziyanlıdır yoxsa... çox ziyanlıdır?

Palma yağı. Ziyanlıdır yoxsa... çox ziyanlıdır?

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Palma yağı heç təsəvvürümüzə belə gətirə bilməyəcəyimiz yeyinti və istehlak məhsullarının tərkibində bol miqdarda mövcuddur.

WWF təşkilatının məlumatlarına görə qadın dodaq boyası, hazır pizza xəmiri, hazır çinsayağı əriştələrin, yarımfabrikat qida növlərinin, saç şampunlarının, marqarin, şokolad, dondurmaların, qurabiyələrin, körpələr üçün nəzərdə tutulan süni qidaların, uşaqlar üçün nəzərdə tutulmuş şirniyatların, krekerlərin və hətta yuyucu vasitələrin tərkibində mövcuddur. Sadəcə palma yağının mövcudluğunu yeyinti və istehlak məhsullarının tərkibində gizlətmək üçün istehsalçılar bu inqridiyenti müxtəlif adlar ilə bağlamanın üzərində qeyd edirlər. Aşağıdakılar palma yağının müxtəlif adlarına nümunələrdir:

Bitki yağı, Palma tumu, Palma tumu yağı, Palma meyvəsinin yağı, Palmat, Palmitat, Palmolein, Qliseril, Stirat, Stirat turşusu, Elaeis Guineensis, Palmit turşusu, Palma Stirin, Palmitoyl Oksostiramid, Palmitoyl Tetrapeptid-3, SLS, Sodium Kernelat, Sodium Palma Kernelat, SLL, Hidratlaşmış Palma Qliseridləri, Etil Palmitat, Oktil Palmitat, Palmitil spirti.

One Green Planet  qeyd edir ki, palma yağının istehsalı üçün geniş palma plantasiyaları meşələrin ərazisini tutur, bu isə oranqutan kimi nəsli kəsilməkdə olan heyvanlara təhlükə yaradır. Palma yağının sağlamlığa təsirinə gəldikdə də, palma ağacının meyvələrindən əldə olunan təzə sıxılmış yağ kifayət qədər faydalıdır. Beləki, yağ təzə halında ürək-damar sistemi problemlərinin riskini azalda bilər. Lakin geniş şəkildə istfadə olunan palma yağının böyük əksəriyyəti emal olunmuşdur. Emal olunmuş palma yağı isə təzədən fərqli olaraq, sağlamlığa biokimyəvi və fizioloji səviyyələrdə ciddi xələl yetirə bilər.

Emal olunmuş palma yağının insan orqanizminə olan təsirləri haqda daha geniş məlumatı  “Plant Foods for Human Nutrition journal”-dan əldə etmək mümkündür. Burada qeyd olunur ki, təzə palma yağından fərqli olaraq emal olunmuş palma yağı insanın reproduktiv, ürək-damar sistemlərinə, böyrək və qaraciyərinə toksiki təsir göstərir. Təbii palma yağı çox tez xarab olduğundan onun istifadə müddətini artırmaq üçün xüsusi üsullarla emal edirlər. Nəticədə təbii və faydalı palma yağı ziyanlı marqarinə çevrilir. Məhz belə palma yağı digər ölkələrdə göndərilir.   

Palma yağının dünyada istehsalçılar arasında bu qədər böyük rəğbət qazanmasının əsas səbəbi trans yağlara daha əlverişli əvəz olmasıdır. Bu da həmin istehsalçılara bağlamanın üzərində “trans yağ yoxdur”, “sıfır trans yağ” kimi aldadıcı ifadələri yazmağa imkan verir. Lakin bütün bunlara baxmayaraq, palma yağı trans yağlara nisbətdə daha az təhlükəli olsa da, insan üçün zərərə malikdir. Belə ki, The Human Food Project  veridyi məlumata görə palma yağı orqanizmdə iltihab əmələ gətirə, insulin rezistentliyi və piylənməyə səbəb ola bilir.

Mütəxəssislər  istehsalçıların aldadıcı strategiyalarından qorunmaq üçün, qidanı faydalı ərzaqlardan hazırlamağı, fabrikat və ya yarımfabrikat yeyinti məhsullarından istifadə etməməyi tövsiyə edirlər.

Mənbə: Vib.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri