Icma.az
close
up
RU
Paltarlarını qayçılayan 16 yaşlı qız fərdi təhsilə cəlb ediləcək AÇIQLANDI

Paltarlarını qayçılayan 16 yaşlı qız fərdi təhsilə cəlb ediləcək AÇIQLANDI

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə şəxsi “Facebook” hesabında sığınacaqda yaşayan 16 yaşlı qızla bağlı yeni məlumat açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, K.Ağazadə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən onunla əlaqə saxlanıldığını və sığınacaq sakinlərinin fərdi təhsilə cəlb olunması üçün qərar verildiyini bildirib:

“İş saatı başlayan kimi mənə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı zəng edərək bildirdi ki, müraciətinizlə bağlı artıq qərar və tapşırıq 314 saylı tam orta məktəbin direktoruna verilib. Üç uşaq 1 dekabr 2025-ci il tarixindən müvafiq cədvələ uyğun olaraq fərdi təhsilə gedəcək. Təzə məktəb paltarı almağa gedirəm”.

Qeyd edək ki, K.Ağazadə dünən paylaşdığı statusda 16 yaşlı qızın vəziyyətinin ağırlaşdığını, prosesin gecikdirilməsinin uşaqda psixoloji problem yaratdığını bildirmişdi:

"14 noyabrda status paylaşmışdım fərdi təhsilə getməli olan 3 sakinimizlə bağlı. 17 noyabrda qaça-qaçla dedilər ki, həftənin 1 ci günündən artıq gedəcəklər. Hər gün paltarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdi... Cavab isə "hələ gözləyək" idi... Alın indi cavabınızı! 3- cü sinifə fərdi təhsilə gedəcək 16 yaşlı qızımız daha getməyəcək! Depressiv vəziyyətdədir! Kəsib doğrayıb paltarlarını... Bakı Şəhəri üzrə Təhsil İdarəsi, bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir! Artıq heç nəyi gözüm görməyəcək!"

 Ağazadə 14 noyabr tarixli paylaşımında isə “Avqust ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi fərdi təhsil alan 3 sakinimizin yerdəyişməsini edə bilmir. Niyə? Çünki fərdi təhsil üçün ayrılan maliyyəni “tormozlayan” bir xanım var. Tapmaca kimi həyat sürürük, açması isə məmurların əlindədir”, - deyə bildirmişdi.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri