Kəmalə Ağazadə: “Fərdi təhsilə cəlb edilməyən gənc qız paltarlarını doğrayıb“ FOTO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Sığınacaqda qalan gənc fərdi təhsilə cəlb edilmədiyi üçün depressiv vəziyyətə düşüb, paltarlarını doğrayıb".
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
"14 noyabrda sosial şəbəkədə status paylaşmışdım fərdi təhsilə getməli olan üç sakinimizlə bağlı. 17 noyabrda qaçaqaçla dedilər ki, bazar ertəsindən artıq gedəcəklər. Hər gün paltarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdi. Cavab isə "hələ gözləyək" idi.
Alın indi cavabınızı! 16 yaşlı, üçüncü sinfə fərdi təhsilə gedəcək qızımız daha getməyəcək.
Depressiv vəziyyətdədir artıq. Kəsib doğrayıb paltarlarını", - paylaşımda bildirilib.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 28 Noyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















