Icma.az
close
up
RU
Paltaryuyan maşından çıxan paltarlar tərtəmiz, rəngləri solmur!

Paltaryuyan maşından çıxan paltarlar tərtəmiz, rəngləri solmur!

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Ev təmizliyi deyildikdə ağla gələn ilk işlərdən biri paltar yumaqdır. Gündəlik həyatın tələsikliyində həm təmiz, həm də ətirli paltarlar əldə etmək hər kəsin arzusudur. Ancaq ən keyfiyyətli deterjanlardan istifadə etsək belə, bəzən istədiyimiz kimi təmiz paltarlar əldə etmək çətin ola bilər. 

News24.az bildirir ki, ən bahalı deterjanları istifadə etsəniz belə, bəzən paltarların o istədiyiniz parıltıya çatmaması mümkündür. Sizin üçün hazırladığımız bu sadə, lakin təsirli üsul paltar yuma qaydalarınızı tamamilə dəyişə bilər.

Sirrin adı: Ağ sirkə

Ağ sirkə – mətbəxdə yeməklərə ləzzət qatan bir tərkib olmaqdan daha artıqdır; paltar yumaqda da olduqca effektivdir. Mütəxəssislər hər yuyulmada paltaryuyan maşının deterjan gözünə yarım armudu stəkan ağ sirkə əlavə etməyi tövsiyə edir. Bəs bu kiçik toxunuş niyə bu qədər təsirlidir?

Ağ sirkə, paltarlarda qalan deterjan və yumşaldıcı qalıqlarını parçalayaraq paltarların həqiqətən təmiz olmasını təmin edir. Eyni zamanda pis qoxuları neytrallaşdıraraq paltarlarınızın təravətli qoxumasını təmin edir. Xüsusilə idman geyimləri, dəsmallar və uzun müddət dolabda qalmış geyimlərdə bu fərqi asanlıqla hiss etmək olur.

Paltar yuyarkən ən böyük narahatlıqlardan biri rəngli geyimlərin solması və ya ağların bozarmasıdır. Ağ sirkə bu problemi də həll edir – rəngli geyimlərin canlılığını qoruyur, ağ geyimlərin isə parıltısını artırır. Təbii turşuluq tərkibi sayəsində ləkələrlə, məsələn tərləmə və yüngül yağ ləkələri ilə mübarizədə də çox təsirlidir və deterjanın gücünü artırır.

Ağ sirkəni paltar yuyarkən əlavə etmək çox sadədir. Əgər paltarlarınızda güclü qoxu və ya ləkə problemi varsa, bu miqdarı bir armudu stəkana qədər artırmaq mümkündür. Çox çirkli paltarlar üçün isə yuyulmadan öncə bir qaba 1 stəkan ağ sirkə əlavə edib, paltarları 15-20 dəqiqə islatmaq da tövsiyə olunur.

Ağ sirkəni hər yuyulmada istifadə etmək təhlükəsizdir, lakin maşınınızın və paltarlarınızın uzunömürlü olması üçün həftədə 2-3 dəfə istifadə etmək ideal hesab olunur. Üstəlik, ağ sirkə mağazalarda asanlıqla tapılan və münasib qiymətli bir məhsuldur. Onun ən böyük üstünlüklərindən biri də ekoloji cəhətdən təhlükəsiz olmasıdır. Kimyəvi tərkibli yumşaldıcılar və ləkəçıxaranlar təbiətə zərər verə və uzun müddətdə dəri qıcıqlanmasına səbəb ola bilər.

Ayda bir dəfə deterjan gözüna iki stəkan ağ sirkə tökərək paltaryuyan maşını boş vəziyyətdə yüksək temperaturda işlətməklə daxili təmizləmə edə bilərsiniz. Bu üsul həm maşının performansını artırır, həm də pis qoxuların yaranmasının qarşısını alır. Paltarlarınızın daha xoş qoxması üçün isə ağ sirkəyə bir neçə damcı efir yağı əlavə edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri