Icma.az
close
up
RU
Paltaryuyan maşından gələn pis qoxunun səbəbi nədir?

Paltaryuyan maşından gələn pis qoxunun səbəbi nədir?

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Paltaryuyan maşın paltarların təmiz qalmasına kömək etsə də, zaman-zaman onun özü də qulluğa ehtiyac duyur. Mütəxəssislər bildirirlər ki, bir neçə sadə vərdiş xoşagəlməz qoxunun qarşısını almağa və məişət texnikasının uzunömürlü olmasına kömək edir.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, paltaryuyan maşında yaranan kif iyi adətən cihazın daxilində və ya ətrafında toplanan nəmlə əlaqədardır. Buna texniki nasazlıqlar, məsələn, su sızması, eləcə də paltarların yuyulduqdan sonra uzun müddət barabanda saxlanılması, yüksək rütubət və maşının kifayət qədər təmizlənməməsi səbəb ola bilər. Kif və hava keyfiyyəti üzrə mütəxəssis Maykl Rubinonun sözlərinə görə, durğun nəm yalnız kifin əmələ gəlməsi üçün deyil, həm də bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. O bildirib ki, xoşagəlməz qoxunun digər səbəbi yuyucu vasitələrin, yumşaldıcının, çirkin, mineral çöküntülərinin və digər qalıqların zamanla maşının daxilində yığılmasıdır. Əgər yaş paltar çıxarıldıqdan sonra da qoxu qalırsa, maşının daxilində və ətrafında kif olub-olmadığını yoxlamaq lazımdır. Xüsusilə baraban, qapının rezin contası, yuyucu vasitə qabı və suyun axdığı hissələr diqqətlə yoxlanmalıdır.

Pis qoxunun qarşısını necə almaq olar?

Əksər hallarda düzgün qulluq xoşagəlməz qoxunun yaranmasının qarşısını alır. Problem texniki nasazlıq və ya su sızması ilə bağlıdırsa, ilk növbədə həmin problem aradan qaldırılmalıdır. Maykl Rubino hər yuyulmadan sonra maşının qapısını və ya qapağını, həmçinin yuyucu vasitə qabını açıq saxlamağı tövsiyə edir ki, içəridəki nəm tam qurusun. Bundan əlavə, yuyulmuş paltarlar proqram bitən kimi maşından çıxarılmalıdır. Mütəxəssis qeyd edir ki, nəm mühit olduqda kif cəmi 24-48 saat ərzində yaranmağa başlaya bilər. O, xüsusilə ön tərəfdən yüklənən paltaryuyan maşınlarda rezin contaların mütəmadi silinməsini də məsləhət görür. Çünki həmin hissədə su daha çox toplanır. Bundan başqa, yuyucu vasitənin növü və miqdarı da istehsalçının tövsiyəsinə uyğun seçilməlidir.

Davamlı qoxudan necə xilas olmaq olar?

Əgər xoşagəlməz qoxu artıq yaranıbsa, sadəcə maşını havalandırmaq kifayət etməyə bilər. Rubinonun sözlərinə görə, bu halda ən yaxşı həll yolu paltaryuyan maşının dərin təmizlənməsidir. O, təmizliyə başlamazdan əvvəl istehsalçının təlimat kitabçası ilə tanış olmağı tövsiyə edir. Çünki müxtəlif modellər üçün təmizləmə qaydaları fərqli ola bilər.

Paltaryuyan maşını necə təmizləmək olar?

1. Drenaj hissəsini təmizləyin

İstehsalçının təlimatına uyğun olaraq drenaj filtrini yoxlayın və orada toplanmış tük, sap, kir və digər tullantıları təmizləyin. Kiçik miqdarda çirk belə xoşagəlməz qoxuya səbəb ola bilər.

2. Yuyucu vasitə qabını yuyun

Yuyucu vasitə qabını çıxarıb təmizləyici məhlulda saxlayın. Onun yerləşdiyi hissəni də yaxşı təmizləyin. Çünki burada yuyucu vasitə qalıqları və nəm yığılır.

3. Barabanı və digər hissələri təmizləyin

Barabanı, rezin contaları, qapağı və digər əlçatan səthləri uyğun təmizləyici vasitə ilə silin. Vasitəni bir neçə dəqiqə saxladıqdan sonra mikrofiber parça ilə təmizləyin. Maşının xarici səthini və ətrafındakı sahəni də təmiz saxlamaq vacibdir. Çünki nəm otaqlarda qoxu ətrafa da yayıla bilər.

4. Təmizləmə proqramını işə salın

Əl ilə təmizlədikdən sonra maşının özünü təmizləmə proqramını və ya ən isti və ən uzun yuma rejimini boş vəziyyətdə işə salın. Əgər cihazda belə proqram yoxdursa, paltarsız şəkildə adi isti yuma rejimindən istifadə etmək olar. Proses başa çatdıqdan sonra qapını, qapağı və yuyucu vasitə qabını açıq saxlayın ki, maşının içi tam qurusun. Bundan əvvəl mütəxəssislər paltaryuyan maşınlarda olan Eco rejiminin nə vaxt istifadə edilməli olduğunu da izah ediblər. Bildirilib ki, bu proqram minimum su və elektrik sərf etməklə paltarları səmərəli şəkildə yumaq üçün nəzərdə tutulub. Həmçinin ekspertlər xəbərdarlıq ediblər ki, paltaryuyan maşını sirkə və qida sodasının qarışığı ilə təmizləmək düzgün deyil. Onların sözlərinə görə, bu üsul cihazın bəzi hissələrinə zərər verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri