Icma.az
close
up
RU
Paltaryuyana sığmayan yorğanı yumağın asan üsulu

Paltaryuyana sığmayan yorğanı yumağın asan üsulu

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paltaryuyana yerləşməyən iri və həcimli yorğanların necə təmizlənəcəyi ilə bağlı ekspert məsləhətləri yenidən gündəmə gəlib. Tekstil mütəxəssislərinin hazırladığı bələdçilərə görə, düzgün üsul tətbiq edildikdə həm yorğan tam təmizlənir, həm də forması qorunur.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusilə elyaflı və qaz tükü yorğanlar paltaryuyana qoyularkən sıxışır və yaxşı təmizlənmir. Bu isə həm iç dolğunun formasını pozur, həm də yuyucu toz qalığının parçaya hopmasına səbəb olur. Peşəkar təmizləməyə ehtiyac qalmadan ev şəraitində tətbiq oluna bilən alternativ üsullar isə getdikcə daha çox tövsiyə edilir.

Yataş, IKEA və Taç kimi markaların qulluq təlimatlarına əsasən, paltaryuyna sığmayan yorğanlar geniş vanna və ya duş kabinəsində əl ilə rahat şəkildə yuyula bilər. Mütəxəssislər yorğanın tam şəkildə suya batırılmasının təmizliyə müsbət təsir etdiyini bildirir.

Vanna üsulu niyə effektivdir?

Parça suyla bərabər şəkildə təmas edir Material sıxılmadan yuyulur Yuyucu toz asan çıxarılır Yorğanın forması qorunur

Ev gigiyenası üzrə mütəxəssislər yorğanların yuyulmasında maye və yumşaq tərkibli vasitələrdən istifadə etməyi məsləhət görür. Toz formalı təmizlik vasitələri yaxşı həll olmadıqda iç dolğuya zərər verə bilər. Otaq temperaturunda su isə həm parçanı yormur, həm də dolğunun strukturunu qoruyur.

Vannanı otaq temperaturunda su ilə doldurun. Az miqdarda maye vasitə əlavə edin. Yorğanı tamamilə suya batırın və bir neçə dəqiqə gözləyin. Ləkəli hissələri yüngül şəkildə ovun. Ən az iki dəfə durulayın ki, yuyucu vasitə qalığı tam çıxarılsın.

Mütəxəssislər xəbərdarlıq edir ki, durulama mərhələsi düzgün aparılmasa həm pis qoxu yaranır, həm də parça zamanla sərtləşir.

Qurutma mərhələsi ən az yuma qədər vacibdir

Tekstil məsləhətçiləri yorğanların birbaşa günəş altında qurudulmamasını tövsiyə edir. Xüsusilə qaz tükü və elyaflı məhsullarda günəş:

Dolğunun formasını poza bilər Parçada solmaya səbəb ola bilər

Ən ideal üsul - yorğanı kölgəlik və hava keçirən bir məkanda, geniş bir asqıya sərərək qurutmaqdır.

Tibbi mənbələrə görə, yorğanlar il ərzində toz gənəsi yığır. Buna görə ildə ən az iki dəfə dərin təmizlik aparılması, xüsusilə allergiyası olan şəxslər üçün çox əhəmiyyətlidir. Evdə tətbiq edilən vanna üsulu bu baxımdan effektiv hesab olunur.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2025 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri