Icma.az
close
up
RU
Azərbaycanda ata qızını paltaryuyana görə döydü

Azərbaycanda ata qızını paltaryuyana görə döydü

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda ata və qızı arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 2-də baş verib. 1978-ci il təvəllüdlü Camal həmin gün saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində qızı Nəcibə ilə mübahisə edib. 
Onların arasında yaşanan mübahisəyə səbəb məişət avadanlığı olan paltaryuyan maşını söndürdüyünə görə yaranıb. Övladı Nəcibə ona irad bildirməsi zamanı aralarında ailə məişət zəminində y narazılıq yaranıb. 
Həmin mübahisə əsnasında Nəcibənin üzərinə hücum edib və qəsdən əli ilə qızının boğazından tutaraq sıxıb. Sonra əl, yumruq, kəllə zərbələri ilə qaş, sifət, baş və bədəninin müxtəlif nahiyyələrinə vurub. 
Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
Camal ifadəsində göstərib ki, 2003-cü ildə Səma ilə ailə həyatı qurub və birgə nigahdan 9 övladı doğulub:
“Avqustun 2-də, saat 15 radələrində evdə olduğum zaman işləyən paltaryuyan maşının dayandığını və ardıcıl siqnal verdiyini eşitdım. Bu səs məni narahat etdiyindən paltaryuyan maşının düyməsini basaraq onu söndürdüm. Bu zaman evin ikinci mərtəbəsində olan qızım Nəcibə mətbəxə enərək paltaryuyan maşının kim tərəfindən söndürüldüyünü soruşdu. Həmin səsin məni narahat etdiyi və bu səbəbdən cihazı söndürdüyümü söylədim. Nəcibə mənim bu hərəkətimə etiraz edərək kobud şəkildə iradını bildirdi. Qızımın bu hərəkəti xoşuma gəlmədi və bu zaman əsəbiləşərək sol əlim ilə onun boğazından tutaraq sıxdım, sonda buraxdım. Daha sonra isə əlim ilə onun sifətindən və başından bir neçə dəfə zərbə endirdim”.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən atasına qarşı olan şikayətini geri götürüb. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri