Panama ABŞ ın ələ keçirdiyi Venesuela gəmisində öz bayrağının istifadəsini araşdırır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Panama hökuməti Venesuela sahillərində ABŞ tərəfindən saxlanılan neft tankerlərində Panama bayrağının istifadəsini araşdırır.
APA xəbər verir ki, bu barədə Panamanın xarici işlər naziri Xavyer Martines-Aça milli televiziya kanalına açıqlamasında bildirib.
"Şübhə altında olan gəmilər mövqeləndirmə sistemlərini söndürüblər ki, bu da narahatedici bir əlamətdir. Ad dəyişiklikləri və heyət məlumatlarında uyğunsuzluqlar da qeydə alınıb. Bütün bunlar bizi Panama bayrağının lazımi məsuliyyət daşımadan istifadə edildiyinə inandırır", - o deyib.
O, müəyyən edilmiş pozuntuların ölkə bayrağının mümkün sui-istifadəsini göstərdiyini vurğulayıb və əlavə edib ki, Panama hakimiyyəti beynəlxalq normalara və tətbiq olunan qanunlara uyğun hərəkət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Dekabr 2025 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















