Panama Prezidenti ABŞ Dövlət Katibi ilə kanala sahiblik məsələsini müzakirə etməkdən imtina edib
Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Panama prezidenti Xose Raul Mulino şənbə günü ölkəyə səfər edəcək ABŞ dövlət katibi Marko Rubio ilə Panama kanalının mülkiyyətini müzakirə etməkdən imtina edib.
"Kanalın mülkiyyət məsələsinin müzakirəsi mümkün deyil. Danışıqlar apara bilmərəm, hətta kanalla bağlı danışıqlar prosesinə başlaya bilmərəm. Məsələ bağlıdır, kanal Panamadır", - Mulino qarşıdan gələn layihə ilə bağlı deyib.
Rubio şənbə günü Panamaya səfər edəcək. Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, dövlət katibi Qvatemala, Kosta-Rika və El Salvadorda da dayanmaq niyyətindədir.
Panama prezidenti Rubio ilə görüşün gündəliyinin hələ müəyyən edilmədiyinə işarə edib. “Əlbəttə ki, razılaşa biləcəyimiz ümumi məsələlər var: miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, sularımızdan keçən narkotiklərin bazarın olduğu ABŞ-a ixracının artması”, - Mulino qeyd edib.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 31 Yanvar 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















