Icma.az
close
up
RU
Panika halında nə etmək lazımdır? CAVAB

Panika halında nə etmək lazımdır? CAVAB

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Həyəcən halı ilə eyni zamanda müxtəlif simptomlar da panika halı zamanı baş verə bilər.

Bəs, panika halının əsas simptomları nələrdir?

Xarici KİV-ə istinadən panika halının simptomlarını təqdim edirik: 

“Ürək çırpıntısı” hissi Tərləmə və titrəmə Ağız quruluğu İsti basma və ya titrəmə Ölüm qorxusu və ya dəli olma qorxusu Uyuşma, iynələnmə hissi Boğulma hissi Sinə ağrısı Özünü pis hiss etmə (ürəkbulanma), baş gicəllənmə və ya halsız hiss etmə “Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək

Panik atak zamanı baş verən fiziki simptomlar ürək və ya döş qəfəsi orqanları xəstəlikləri ilə əlaqəli olmur. Bu simptomlar əsasən, beyindən başlayıb bədənə yayılan sinir implusları nəticəsində yaranır. Bu impulslar adrenalin daxil olmaqla, bir çox hormonların ifrazı ilə nəticələnir. Bu orqanizm üçün “hücum et və ya qaç” siqnalı olaraq adlanır. Bu cür reaksiya insanlar təhlükədə olduqlarında normal sayılmaqdadır. Panika halı zamanı da bədən eyni şəkildə cavab verir. Bu zaman insan çox nəfəs almağa meyilli olur (hiperventilyasiya). Əgər panika halında çox nəfəs alıb versəniz, karbon qazının miqdarı qanda artmış olacaq və qanın turşuluğu dəyişəcəkdir. Bu daha çox simptomlara və “ürək çırpıntısı”, baş gicəllənmə, uyuşma və iynələnmə şikayətlərinin pisləşməsinə səbəb ola bilər.  Bu vəziyət insanı daha da qorxudur və beləcə daha çox nəfəs ala bilər. Həddən çox tənəffüs qısa müddətdə huşun itməsi ilə nəticələnə bilir. Lakin şüurun itməsi nadir görülən bir haldır.

Panik atak adətən 5-10 dəqiqə müddətində baş verir, bəzən dalğa şəklində 2 saata qədər də çəkə bilər.

Panika halını yüngülləşdirmək və rahatlamaq üçün mümkün qədər yavaş və dərindən nəfəs alın. Nəfəs alıb verməyə fokuslanın. Bir neçə dəfə, uzun və çox yavaş-yavaş nəfəs almanı təkrarlayın. Bəzi insanlar bir əlini qarını, digər əlini sinəsi üzərinə qoyub, qarınlarıyla nəfəs almalarını, həm yavaş, həm də dərin nəfəs almalarını daha rahat kontrol edə bilirlər. Dərin nəfəs alıb vermə texnikasını bilən və yerinə yetirən bir çox xəstə panika halına faydası olduğunu deyirlər.

Panik atak və Panik pozunutunun müalicəsi 

Əgər təsadüfi bir panika halı varsa, heç bir müalicəyə ehtiyac yoxdur. Təkrarlanan panika hallarının və ya Panik pozuntunun müalicəsi zamanı məqsəd bu vahiməli, qorxulu halların sayını və şiddətini azaltmaqdır. Müalicədə psixoterapiya və\ və ya dərman müalicəsindən istifadə oluna bilər./Lent.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri