Icma.az
close
up
RU
“Panikaya düşüb ora bura qaçmayın...” Yanğınla bağlı vacib XƏBƏRDARLIQ

“Panikaya düşüb ora bura qaçmayın...” Yanğınla bağlı vacib XƏBƏRDARLIQ

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yanğın baş verən zaman ən vacib məsələ panikaya düşməməkdir. İnsanlar həyəcan içində ora-bura qaçdıqda həm tez yorulurlar, həm də düzgün qərar vermə qabiliyyətlərini itirirlər”.

Bunu “Yeni Sabah”a açıqlamasında həkim, toksikoloq Aynur Məmmədova deyib.

O, yanğın zamanı düzgün davranış qaydalarına əməl etməyin vacibliyini vurğulayıb:

“Yanğının mənbəyi, bacadan, blokdan və ya başqa yerdən gəlməsindən asılı olmayaraq, həmin istiqamətdəki bütün deşikləri yaş əski ilə bağlamaq lazımdır. Tüstünün daha çox toplandığı otaq varsa, həmin otağın qapısını bağlamaq və qapının altını yaş dəsmalla tutmaq vacibdir. Belə olanda tüstünün içəri dolması minimuma enir.

Bloka çıxmaq tövsiyə edilmir, çünki çox vaxt işıqlar sönür, lift işləmir və aşağı enmək daha təhlükəli olur. Bu zaman tüstü daha sürətlə yayıla və insanları zəhərləyə bilər. Ona görə də balkona çıxmaq və ya tüstünün daha az olduğu istiqamətə yönəlmək daha təhlükəsiz sayılır”.

Həkim qeyd edib ki, ağız və burnu yaş əski ilə örtmək hava axınını müəyyən qədər filtrasiya edir:

“Həmçinin nəzərə almaq lazımdır ki, tüstü həmişə yuxarı qalxır. Otaqda tüstü çoxdursa, mümkün qədər aşağıda - yerə yaxın dayanmaq daha doğrudur.

Uşaqlar və yaşlı insanlar tüstüdən daha çox zərər görə bilər. Ona görə də mümkün qədər təhlükəsiz yer seçib xilasedicilərin gəlməsini gözləmək vacibdir”.

A.Məmmədova vurğulayıb ki, partlayış zamanı insan yanıq xəsarəti ala və boğula bilər:

“Belə hallarda insan özündədirsə və vəziyyəti dərk edirsə, eyni təhlükəsizlik qaydalarına əməl etməlidir. Panikadan uzaq durmaq, ağız-burnu yaş əski ilə bağlamaq və təhlükəsiz əraziyə keçmək lazımdır.

Əgər kimsədə qanaxma varsa, onu müvəqqəti olaraq dayandırmağa çalışmaq lazımdır. Ciddi zədə və ya sınıq hallarında isə hərəkətlər minimuma endirilməli və tibbi yardım gələnədək vəziyyət sabit saxlanmalıdır. Üzün tüstüdən daha az təsirlənməsi üçün mümkün qədər aşağı səviyyədə durmaq da tövsiyə olunur”.

Qeyd edək ki, son günlər ölkə ərazisində bir sıra ardıcıl yanğın hadisələri qeydə alınıb. Bu zaman ölən və yaralananlar olub.

Unutmayaq ki, belə hallarda hər kəsin əsas məqsədi özünü və ətrafındakı insanları mümkün qədər qorumaq olmalıdır”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Noyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri