Papa Fransisk adından Ukraynaya tibbi avadanlıq göndərilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Vatikan, 20 dekabr, AZƏRTAC
Milad bayramı ərəfəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından münaqişədən əziyyət çəkənlərə dəstək məqsədilə Ukraynaya tibbi avadanlıqlar göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yardıma cərrahi əməliyyatlar aparılan səyyar xəstəxana, 6 ədəd ultrasəs aparatı və digər tibbi avadanlıqlar daxildir.
Roma Papasının tapşırığına əsasən Katolik Kilsəsinin polşalı kardinalı Almoner Konrad Krayevski münaqişənin nəticələrindən əziyyət çəkənlərə pontifikin istəklərini çatdırmaq və maddi yardım göstərmək üçün müharibə başlayandan bəri Ukraynaya 10 dəfə səfər edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Dekabr 2024 03:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















