Icma.az
close
up
RU
Papa Fransisk 88 yaşını qeyd edir AZƏRTAC

Papa Fransisk 88 yaşını qeyd edir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vatikan, 17 dekabr, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 88 yaşını qeyd edir.

AZƏRTAC pontifikin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Atası Jose Mario Fransisk İtaliyanın Piemont bölgəsindən Argentinaya mühacirət edib və burada italyan əsilli Regina Maria Sivori ilə evlənib. Fransisk (Papa olmamışdan əvvəlki adı - Jorge Mario Bergoglio) 1936-cı il dekabrın 17-də Argentinanın Buenos-Ayres əyalətinin Flores kəndində anadan olub. Beş uşaqlı ailədə böyüyən Fransisk orta təhsilini başa vurduqdan sonra kimyaçı olub, 1958-ci ildə Yezuitlərə qoşulub, Çilidə humanitar elmlər üzrə təhsil alıb, 1960-cı ildə Buenos-Ayresdə fəlsəfə təhsilini və 1970-ci ildə katolik teoloji təhsilini tamamlayıb. Argentinanın rəsmi dili olan ispan və doğma italyan dillərində, həmçinin alman dilində mükəmməl danışır. Bundan başqa, ingilis, fransız və portuqal dillərini bilir. Universitetdə təhsil aldığı müddətdə latın və qədim yunan dillərini də öyrənib.

Fransisk 1992-ci il mayın 20-də Papa II İohan Pavel tərəfindən Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. Bir neçə müxtəlif titul və vəzifələrdən sonra Papa II İohan Pavel ona 2001-ci ildə kardinal keşiş titulu verərək Kardinallar Heyətinə seçib. Fransisk həm Argentina, həm də İtaliya vətəndaşlığına malikdir. Bundan əlavə, kardinal olmaqla o, Vatikan vətəndaşlığını da alıb.

Roma Katolik Kilsəsinin keçmiş rəhbəri XVI Benedikt bu vəzifədən 2013-cü ildə istefa verib və Fransiskin Papa seçilməsi 2013-cü il martın 13-də Vatikanda Sikstin Kapellasının bacasından qalxan ağ tüstü ilə dünyaya elan edilib. O, iki günlük qısa seçim prosesindən sonra 115 kardinal arasından seçilib və 266-cı Papa olub. Fransisk Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papadır.

Roma Papası 2016-cı ilin oktyabrında Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edib, Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb. O, Papa olduğu müddətdə 47-ci apostol səfərinə gedib, 67 ölkəni ziyarət edib.

İtaliyanın “Lucky Red” film yayımı və istehsal şirkəti Papa Fransiskin “Həyat” adlı ilk avtobioqrafiyası əsasında çəkilmiş filmi yaxın vaxtlarda böyük ekrana çıxaracaq. Kitab 2024-cü ilin martında “HarperCollins Italia” nəşriyyatında çapdan çıxıb. Bundan başqa, Fransiskin uşaqlığından bəhs edən “Ümid” adlı kitab isə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli münasibətilə gələn il yanvarın 14-də işıq üzü görəcək və 100-dən çox ölkədə satışa çıxarılacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri