Papa Leonun adından Qəzzaya və Ukraynaya yardım göndərilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vatikan, 14 oktyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun adından Qəzzaya və Ukraynaya humanitar yardımlar çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Roma Papası Yaxın Şərqdə 2 ildir davam edən qarşıdurmada ən çox zərər çəkmiş Qəzzada uşaqlar üçün 5 min antibiotik göndərib. Bu, Qəzza zolağının əhalisinə humanitar yardımın çatdırılması üçün keçidlərin açılması sayəsində mümkün olub. Ukraynada isə müharibədən zərər çəkmiş insanlara ərzaq bağlamaları paylanılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:Papa Leo adından Ukraynaya humanitar yardım göndərilib
16 İyul 2025 21:54
Papa Fransisk adından Ukraynaya tibbi avadanlıq göndərilib AZƏRTAC
20 Dekabr 2024 03:36
Ukraynaya növbəti humanitar yardım göndərilib
13 Avqust 2025 14:19
Papa XIV Leonun andiçmə mərasimi başlayıb
18 May 2025 13:58
Papa Leonun dörd sevimli filmi SİYAHI
10 Noyabr 2025 22:28
Baxış sayı:59
Bu xəbər 14 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















