Icma.az
close
up
RU
Papa olmağa namizdələrin adları açıqlandı

Papa olmağa namizdələrin adları açıqlandı

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Roma Papası Fransisk bu gün, 21 aprel 2025-ci il tarixində, 88 yaşında vəfat edib. Vatikandan verilən məlumata görə, o, uzun müddət davam edən ikitərəfli pnevmoniya xəstəliyindən sonra dünyasını dəyişib.

Bəs yeni Papa necə seçiləcək?

Sfera.az bildirir ki, yeni Papa seçimi üçün Katolik Kilsəsində qədim və ciddi bir prosedur mövcuddur.


Belə ki, Papadan sonra təxminən 15-20 gün ərzində konkla (gizli toplantı) çağırılır. Bu müddət ərzində mərhum Papaya vida mərasimləri və dəfn mərasimi keçirilir. 80 yaşdan aşağı olan kardinal elektorlar konkla üçün Vatikan şəhərində toplanır. Hazırda bu elektorların əksəriyyəti Papa Fransisk tərəfindən təyin edildiyindən, onun islahatçı xəttinin davam etməsi ehtimal olunur. Konkla Sistine Kapellasında keçirilir. Kardinal elektorlar gündə dörd dəfə gizli səsvermə keçirirlər. Namizədin Papa seçilməsi üçün üçdə iki səs çoxluğu tələb olunur . Heç bir namizəd bu səsi toplaya bilməsə, növbəti gün səsvermələr davam edir. Nəhayət, biri seçilərsə, o, razılığını bildirir və ad seçir. “Habemus Papam!” (“Papa sahibiyik!”) deyə elan olunur. Yeni Papa seçildikdə Sistine Kapellasının bacasından ağ tüstü çıxır və bu, bütün dünyaya yeni Papaya sahib olunduğunu bildirir.


Hələlik yeni Papaya dair rəsmi məlumat yoxdur. Konkla tarixinin yaxın günlərdə elan ediləcəyi gözlənilir. Lakin yeni Papa ilə bağlı adlar indidən ehtimal kimi müzakirə olunur. Ən çox adı hallanan şəxslər arasında bunlar ola bilər:

Kardinal Pietro Parolin – Vatikanın hazırkı dövlət katibidir və diplomatik təcrübəsi çox zəngindir.
Kardinal Luis Antonio Tagle – Filippinli kardinaldır, hazırda Vatikanın İncilin Yayılması üzrə təşkilatına rəhbərlik edir. Gənc və xalqa yaxın üslubu ilə seçilir.
Kardinal Matteo Zuppi – İtaliyada Bolonya arxiyepiskopudur, sosial ədalət və sülh mövzularında aktivdir.
Kardinal Peter Turkson – Qanadan olan kardinal, Afrikadan ilk papa ola biləcəyi yönündə ehtimallar var.


Onu da qeyd edək ki, 88 yaşlı Papa 2013-cü ilin martından bu vəzifədə idi.


Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Aprel 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri