Icma.az
close
up
RU
Papanın xüsusi icazəsi ilə dəfn edilən virtuoz skripkaçı Ona niyə şeytanın oğlu deyirdilər?

Papanın xüsusi icazəsi ilə dəfn edilən virtuoz skripkaçı Ona niyə şeytanın oğlu deyirdilər?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

27 oktyabr görkəmli italyan bəstəkar Nikkolo Paqanininin doğum günüdür.

Kulis.az bu münasibətlə Aslı Sıla Bulatın sənətkar haqqında yazısını təqdim edir.

İtalyan skripka virtuozu və bəstəkar Nikkolo Paqanini, tarixdə ən məşhur skripka ifaçılarından biri kimi tanınıb. O, müasir skripka texnikasına böyük töhfələr verib, skripka və ansambl musiqisi üçün çoxlu əsərlər yazıb.

Paqanini yaratdığı texnikalar, qeyri-adi bacarığı və xarakteri ilə həm skripka tarixinin ən məşhur virtuozu olub.

Paqanininin fərqli sümük quruluşu, maraqlı və nisbətən qeyri-proporsional bədəni, əl hərəkətlərinin sürəti və onu müayinə edən dövrün həkimlərinin skelet sistemi ilə bağlı müşahidələri göstərib ki, sənətçinin “Marfan sindromu” adlanan, genetik və birləşdirici toxumalara təsir edən xəstəliyi olub. Texniki baxımdan sol tel üzərində 3,5 oktava çalması, oynaq hərəkətlərinin elastikliyi və bağların boşluğu bununla izah edilə bilər. Paqanininin bu xəstəliyi onun üçün üstünlüyə çevrilib və onu çox yüksək səviyyəyə çatdırıb.

Nikkolo Paqanini 27 oktyabr 1782-ci ildə İtaliyanın Genuya şəhərində kasıb bir ailədə doğulub. Həvəskar musiqiçi və ticarətlə məşğul olan atası Antonio, Nikkoloya beş yaşında mandolin çalmağı öyrədibib.

Yeddi yaşında skripkaya başlayan Paqanini, səkkiz yaşında ilk bəstələrini yazmağa başlayıb. Kiçik yaşına baxmayaraq çox sürətlə irəlilədiyini görən atası, onu peşəkar müəllimlərə şagird verib.

Paqanini, teatr orkestrində skripkaçı Covanni Servetto ilə peşəkar təhsil alıb, iki il sonra isə özünəməxsus üslubu ilə tanınmağa başlayıb və Genuyanın ən yaxşı skripkaçısı hesab edilən Kostadan dərs alıb.

Onun özünəməxsus üslubu çox kiçik yaşlarından üzə çıxıb.

Napoleon ordusunun 1790-cı ilin sonunda İtaliyanı işğal etməsi və Genuyanı ələ keçirməsi, həmçinin ingilis qoşunlarının limanı bağlaması səbəbilə işsiz qalan Antonio Paqanini, oğlu ilə birlikdə Livorna limanlarına işləməyə gedib. Paqanini, təhsil xərclərini və yol xərclərini ödəmək məqsədilə 1795-ci ildə ilk konsertini verib.

Kostadan sonra Paqanini, Allesandro Rolla ilə skripka, Qaspar Giretti ilə kompozisiya dərslərinə davam edib. Müxtəlif alətlər haqqında bilikləri onun səviyyəsini artırıb.

1796-cı ilin sonunda Genuyaya qayıdan Paqanini artıq uğurlu bir bəstəkar kimi tanınırdı.

1797-ci ildə Parmadan ayrılıb və atası ilə ilk peşəkar turuna çıxıb. Lombardiya bölgəsindəki şəhərlərdə verdiyi konsertlərlə şöhrət qazanıb.

Genuyaya qayıdanda on dörd yaşı var idi və ilk skripka konsertini yazıb.

1808-ci ildə Leqoma səfər edib. İlk konsertində bir telin qopması səbəbilə üç telli skripka ilə ifa edib və böyük alqış qazanıb. Bundan sonra Paqanini bəzən qəsdən köhnə tellər istifadə edib.

1823-cü ildə ciddi sağlamlıq böhranı yaşayıb və ona cinsi yolla keçən xəstəlik diaqnozu qoyulub.

Komo gölündə general Domeniko Pino ilə qalıb və balerina Antoniya Biançi ilə tanış olub. 1824-cü ildə Triestedə Antoniya ilə konsertlər verib.

1825-ci ildə oğlu dünyaya gəlib. 1828-ci ildə Vyanaya gedib, burada 15 konsert verib. Şubert onun bir konsertini izləyib və “Mələk oxuyur” deyib.

Kral onu "saray virtuozu" adlandırıb və qızıl medalla təltif edib.

Paqanini həm skripka bacarığı, həm də qumara meyli ilə tanınıb. Xeyli pul qazanırmış, sonra da qumarda uduzurmuş. Livornoda konsertdən əvvəl skripkasını qumarda itirdiyi deyilir.

Üstün virtuozluğuna görə xalq arasında “Şeytanın oğludur, ruhunu şeytana satıb” deyə şayiələr yayılıb.

Sonrakı illərdə müxtəlif ölkələrdə konsertlərdən sonra Genuyaya dönüb, burada skripka konservatoriyası açmaq istəyib.

Yüksək qiymət tələb etdiyi üçün kitabları nəşr edə bilməyib və xoleraya yoluxduğuna görə planlarını təxirə salıb.

Fransaya gedib ğz adına kazino açıb, amma böyük pul itirib. Sonrakı illərdə boğaz xərçəngi diaqnozu qoyulub və səsini itirib.

Nice şəhərinə köçüb və 1840-cı ildə orada vəfat edib. Bütün əmlakını oğluna miras qoyub.

Şeytanla bağlı şayiələrə və günah çıxartmağı rədd etməsi səbəbilə kilsə onun müqəddəs torpaqlara dəfn edilməsinə icazə verməyib.

Tabutu uzun müddət Nice xəstəxanasında qalıb, sonra "Villa Franca"ya aparılıb.

Beş il sonra Papanın xüsusi icazəsi ilə "Villa Gaiona"dakı kilsə qəbiristanlığında dəfn olunub.

"Nə sərvət topladım, nə də ailə qurdum..." - Azad Mirzəcanzadə kiminlə qürur duyurdu? Bakı neftinin Nobel mükafatına töhfəsi İsveç mətbuatında Folkner kimi təhdid etmişdi? - Xavier Mariasın essesi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri