Icma.az
close
up
RU
Molla ilə Şeytanın dialoqu TƏHLİL

Molla ilə Şeytanın dialoqu TƏHLİL

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Məsələn, Tehranın raket proqramını tam ləğv edəcəyi və Yaxın Şərqdəki radikal şiə qruplaşmaları ilə əlaqəni kəsəcəyi inandırıcı görünmür.
Eyni dərəcədə İranın şərtləri də ABŞ üçün qəbuledilməzdir. İlk növbədə vurulan ziyana görə kompensasiyanın ödənilməsi faktiki təzminat deməkdir. Bu isə ABŞ-nin məğlubiyyətini etiraf etməsi mənasına gəlir. Çünki qalib tərəf təzminat ödəmir.
Tehranın digər tələbi odur ki, Amerika bir də heç vaxt İrana hücum etməyəcəyinə dair zəmanət versin. Bu da kifayət qədər qeyri-real görünür. Ona görə də yəqin ki, hazırkı “danışıqlar” mərhələsi sadəcə, ötəri fasilədir.
İran yalnız ABŞ-nin regiondakı bütün bazalarını çıxarmaq tələbindən geri çəkilməkdə güzəştə gedə bilər. Amma bu tələb onsuz da real deyildi və elə əvvəlcədən sonradan geri götürmək məqsədilə irəli sürülmüşdü.
Hazırda yaranan fasilə ilk növbədə Trampa lazım idi. Əvvəla, neftin qiymətlərini təcili şəkildə aşağı salmaq tələb olunurdu. Ümumi bahalaşma trendi həm xaricdə, həm də daxildə Trampa ciddi başağrısı vəd edirdi.
İkincisi, “danışıqlar” elan olunmazdan iki gün qabaq İrana qarşı müharibənin əsas atəş güclərindən olan “Gerald Ford” atom aviadaşıyıcı gəmisi döyüş zonasını tərk edərək, təmir üçün Cənubi Kiprdəki bazaya yollanmışdı. Bu addımın döyüşlər gedə-gedə atılması gəminin vəziyyətinin həqiqətən yaxşı olmadığını göstərirdi. Trampa regiona yeni qüvvələr gətirilənə qədər vaxt udmaq lazım idi. Yeni qüvvələr isə yoldadır.
İranın bəzi şəhərlərində müharibənin davam etdirilməsi tələbilə aksiyaların keçirilməsi göstərir ki, ölkəni idarə edən komandanın daxilində bu mövzuda fikir ayrılıqları var. “Müharibə partiyası” kifayət qədər güclüdür. Əks təqdirdə müharibə gedə-gedə kütləvi aksiya təşkil etmək çox çətin, hətta qeyri-mümkün olardı. Bəzi məlumatlara görə, İranı real olaraq Laricaninin xələfi Səid Cəlili idarə edir. O isə kifayət qədər radikal fiqurdur. “Danışıqlar partiyası”na isə güman ki, xarici işlər naziri Abbas Araqçı başçılıq edir. Hansı komandanın üstün gəlməsindən çox şey asılı olacaq.
Aprelin 21-də İsrailin müstəqilliyi günüdür. Amerika və İsrail mediasında dərc olunan bəzi fikirlərə görə, həmin vaxta qədər Tramp müharibəni bitirərək, qalib ədası ilə Təl-Əvivə varid olmaq istəyir. Bu onun narsist xarakterinə tamamilə uyğundur. Amma İsrailin özündə İran ilə haqq-hesabı yenidən bu şəkildə yarımçıq qoymaq istəmirlər. Problem ondadır ki, bundan sonra nə etməklə bağlı nə ABŞ-nin konkret strategiyası var, nə də İsrailin. Onlar iki kartı oynamağı düşünürdülər: 1) İranda xalqın ayağa qalması və 2) Etnik qruplardan Tehrana qarşı istifadə etmək. Heç biri alınmadı. Ona görə də müharibəni bundan sonra necə davam etdirməklə bağlı ortada real plan yoxdur.
Vüsal Məmmədov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Mart 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri