Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması açıq aşkar qisas əlamətləri daşıyır
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Transparency International”ın dərc etdiyi qlobal korrupsiya indeksi Brüsselin riyakarlığını və ikili standartlarını bir daha təsdiqləyir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Facebook paylaşımında qeyd edib.
Papuaşvili vurğulayıb ki, bəzi avropalı rəsmilər Gürcüstanda geriləmə olduğunu aşılamağa çalışsalar da, faktlar bunun əksini göstərir.
"Gürcüstan Avropa İttifaqının yeddi üzvünü, NATO üzvü olan 11 ölkəni qabaqlayır. Aİ üzvlüyünə namizədlərə gəlincə, təxmin edin biz neçə nəfəri qabaqlayırıq? Hər kəsi. Brüsselin Gürcüstanla danışıqlara başlamaması sadəcə ədalətsizlik deyil, bu artıq açıq aşkar siyasi qisas əlamətləri daşıyır" - deyə Papuaşvili yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















