Papuaşvili: Aİ Gürcüstanla münasibətlərdə pozucu mövqe tutur
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Avropa İttıfaqı Gürcüstanla münasibətlərdə pozucu mövqe tutur”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkənin Aİ-nin gələn ay Brüsseldə keçiriləcək genişlənmə forumuna dəvət olunmamasını şərh edərkən deyib.
O, Gürüstanın Aİ ilə münasibətlərdə konstruktiv mövqedən çıxış etdiyini vurğulayıb.
“Biz onları danışıqlar masası arxasında gözləməyə hazırıq. Hesab edirəm ki, qarşıdurma çıxış yolu deyil. Avropa İttifaqının qarşıdurmaya getdiyi hallarda birlik özü məğlub olub və digər ölkələri daha ciddi səhvlərə sövq edərək olduqca ağır vəziyyətə düşüb. Avropa İttifaqının konstruktiv məcraya dönməsi zamanı yetişib”, - deyə spiker əlavə edib.
Parlament sədri, həmçinin Aİ-nin xarici siyasətinin yetkin olmadığını və iri dövlətlərin birliklə qlobal güc kimi hesablaşmadığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 Oktyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















