Paralimpiyaçılarımız beynəlxalq turniri birinci sırada tamamlayıblar
Icma.az, Apasport saytına istinadən bildirir.
Boccia idman növü üzrə paralimpiyaçılarımız 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxışını başa vurub.
Apasport.az xəbər verir ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıb, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.
Qoşa yarışlarda da qüvvəsini sınayan bocciaçılarımızdan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl medal qazanaraq himnimizi səsləndiriblər.
Beləliklə, paralimpiyaçılarımız turniri komanda hesabında birinci pillədə başa vurub.
Topuriyanın növbəti rəqibi bəlli olub MMA üzrə dünya çempionatı: İdmançılarımızdan 1 gümüş, 1 bürünc "Qızıl Qurd" ləqəbli kikboksçumuz peşəkar karyerasını başa vurub - VİDEO Konor Makqreqor döyüşə bilməyəcək - diskvalifikasiya edilib III MDB Oyunları: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb - FOTO
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Oktyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















