Paraqvay parlamentinin Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paraqvay parlamentində Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Paraqvayın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbulu zamanı məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.
Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə ölkəmizə səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Bildirilib ki, Paraqvay region ölkələrinə öz ixracının artırılması üçün Azərbaycanı logistik mərkəz kimi görür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















