Icma.az
close
up
RU
Epşteyn Bakıya səfər edib? Sənədlərdə Azərbaycanla bağlı bütün detallar

Epşteyn Bakıya səfər edib? Sənədlərdə Azərbaycanla bağlı bütün detallar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Epşteyn sənədlərində əsas axtarılan məqam pedofiliyada ittiham edilən amerikalı milyarderin səfər etdiyi ölkələr və əlaqə qurduğu şəxslərdir.

Bu detal Epşteyn adasında istismara məruz qalan azyaşlı qızların hansı ölkələrdən oğurlanması ehtimallarını da yaradır. Qlobal gündəmi zəbt edən Epşteyn işində Azərbaycan ictimaiyyəti üçün də iki sual aktualdır:

1. Epşteyn Bakıya səfər edibmi?

2. Azərbaycanın adı Epşteyn sənədlərində necə hallanır?

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan 3 milyondan çox səhifə, 2 min video və 180 min fotodan ibarət sənədlər arasında axtarış aparmaq çətin deyil. Müvafiq linkə (https://www.justice.gov/epstein) daxil olmaqla istənilən ölkənin və şəxsin adını axtarış yerinə yazaraq, nəticələri görmək mümkündür.

Azərbaycan adının axtarışı zamanı 186 nəticə çıxır. Lakin dəqiq nəticə bu rəqəmdən azdır, çünki bir sıra elektron məktub və materiallar təkrarlanır. Azərbaycanla bağlı materialları iki kateqoriyaya ayırmaq olar: şəxsi yazışmalar və siyasi məlumatlar/ hadisələrin analizi;

Sənədlərdən görünür ki, Epşteyn geosiyasi proseslərlə bağlı açıq mənbələrdə yayılan analitik materialları və məlumatları fayl şəkilində sistemləşdirərək, toplayıb, eləcə də bu, materialları müxtəlif ünvanlara göndərib. Bu, Epşteynin təkcə elit təqəbə üçün azyaşlı uşaqların istismar edildiyi əyləncə məclisləri təşkil etmədiyini, eyni zamanda, siyasi proseslərlə yaxından maraqlandığını göstərir. Azərbaycanın adı sənədlərdə əsasən bu kimi analitik materiallarda yer alır.

Şəxsi yazışmalarda isə Azərbaycanın adı cəmi bir neçə dəfə çəkilir.

– 2011-ci ilə aid olan məktubda “Sultan bin Sulayem” Epşteynə Bakının gözəl şəhər olduğundan bəhs edir. Avqust ayında olan yazışmalarda Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını soruşur, lakin səfərlə bağlı heç bir qeyd yoxdur.

– 2015-ci ilə aid yazışmada “Sultan bin Sulayem” Epşteynə Bakının fotolarını göndərib, Parisdən daha gözəl şəhər olduğunu yazıb. Məlum olur ki, “Sultan bin Sulayem” sentyabrda Bakıda olub.
“Sultan bin Sulayem”in kimliyi məlum deyil. Epşteyn onun Bakıya səfər təklifi ilə maraqlansa da, yekunda bunu etməyib.

– 2014-cü ilə aid məktubda Epşteynin qardaşı Mark Konqres üzvlərinin Bakıya səfər proqramından bəhs edir. Səfər proqramında müəyyən problemlərin olduğu görünür. Qardaşı Epşteyndən soruşur ki, “tanıdıqları varsa, bu səfər proqramına dəstək vermək sərfəli ola bilər”.

– İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barakın həyat yoldaşı Nili Priellə Eşpteynin 2016-cı ilə aid yazışmasında Azərbaycanın adı çəkilir. N.Prielli yazır ki, “Ehud səninlə danışmaq istəyir. Nə vaxt və harada? Ehud hazırda Azərbaycandadır”.

Sənədlərdə Epşteynin Azərbaycana səfər etdiyi, yaxud konkret şəxslərlə birbaşa əlaqəsinin olduğuna dair heç bir məlumat yer almayıb.

Asif Nərimanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Fevral 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri