Paraüzgüçülüyün inkişafına dəstək
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Üzgüçülük Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu münasibətlə hər iki qurum rəsmiləri arasında geniş tərkibdə görüş keçirilib.
Tərəflər arasında paraüzgüçülük idman növünün inkişafı, idmançılar üçün yaradılan şərait, beynəlxalq yarışlara hazırlıq və inklüziv idmanın təşviqi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə paraüzgüçülüyün inkişafı, fiziki məhdudiyyətli şəxslərin üzgüçülüyə cəlb edilməsi, birgə layihələrin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Memorandumu ARMPK-nın baş katibi Toğrul Rəhimov və ASF-nin baş katibi Oqtay Atayev imzalayıblar.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















