Parakamandan oxatmanın inkişafına dəstək
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Kamandan Oxatma Federasiyası arasında parakamandan oxatmanın inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, hər iki qurum rəsmiləri arasında geniş tərkibdə görüş keçirilib.
Tərəflər parakamandan oxatmanın inkişafı və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Memoranduma əsasən, hər iki qurum ölkədə parakamandan oxatmanın inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Fərid Xəlilov imzalayıblar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Dekabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















