Icma.az
close
up
RU
Parçalanan Kəşmir:Münaqişənin aqibəti necə olacaq? ŞƏRH

Parçalanan Kəşmir:Münaqişənin aqibəti necə olacaq? ŞƏRH

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail - Fələstin münaqişəsinin qızğın dönəmində, nüvə silahına sahib olan Pakistan və Hindistan münaqşəsi dünyanın diqqətini özünə çəkib.
Hamını ancaq bir sual maraqlandırır:Hindistan- Pakistan sərhəddində nələr baş verir, bu münaqişənin dünyanı haraya apardığını sizə anlatmağa çalışacağam.
Əvvəlcə, Hindistan və Pakistan arasındakı münaqişə vəziyyətini yaradan Kəşmir haqqında danışaq , sonra olacaqları paylaşarıq. Deməli, 1947-də Pakistan və Hindistan müstəqilliyini əldə edəndən sonra elə həmin il Kəşmir münaqişəsi başlayıb və Hindistan ingilislərin müstəmləkəsindən çıxan kimi ərazisini qapmağa çalışdığı ilk ölkə Pakistanın Kəşmir vilayəti olur. Daha dəqiq, Hindistanın ilk baş naziri Cəvahirəl Nehru Kəşmir hindlisi idi.

O, 1947-ci ildə Kəşmir maxaracasına (hökmdar) Hindistana qoşulmaq mexanizmini qəbul etdirmişdir. Bu mexanizmə görə Kəşmir maliyyə, müdafiə, kommunikasiya və xarici işlərdə Hindistana bağlı olmalıdır. Bunu imzalamaqla Hindistan Kəşmirə ordu yeritdi və oranı işğal etdi. 1947-ci il bölgüsündə ərazinin 45%-i Hindistanın və 35%-i isə Pakistanın, 20% Ladax adlanan ərazi isə Çinin payına düşdü. Ancaq Kəşmir əhalisinin 70%-i isə müsəlmanlardan ibarət idi.
370 saylı və 35A adlanan maddə 1949-cu ildə qüvvəyə mindi. Bu maddələr Kəşmir regionuna müstəqil bayraq və parlament hüququ verdi. Qanuna görə kənar şəxslər Kəşmirdən mülk ala bilməz. Əgər Kəşmirli müsəlman qadın kənar şəxslə ailə qurarsa, o zaman onun mülkiyyət hüququ itir. Kəşmirdən kənarda yaşayan insanlar Kəşmir seçkilərində iştirak edə bilməz. Heç kimə kənardan burada işləmək hüququ verilmir. Az qala 80 il olur ki problem qalır. O gündən bu günə qədər xırda fasilələrlə münaqişə davam edib. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmayıb.
Artıq sərhəddə lokal döyüşlər başlayıb. Münaqişə bölgəsində olan xarici medianın verdiyi məlumatlarda deyilir ki, Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26, yaralıların sayı isə 46 nəfərə çatıb. Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda 6 hədəfə 24 zərbə endirib. Bahavalpur , Kotli və Müzəffərabad şəhərləri olub.
Hindistan bu hücumda Pakistanı günahlandırsa da, İslamabadda bu qərarı ədalətsiz adlandırıblar. Bundan sonra Hindistan Hind çayından Pakistana gedən su xəttini kəsib.
Maraqlı burasıdır ki, Pakistanın şəhərlərini hədəf alan Hindistan həyasızlıqla bunu etmədiklərini deyiblər. Hindistan rəsmiləri açıqlayıb ki, ordu da "Sindur" əməliyyatı başlayıb və bu əməliyyat guya Kəşmirdəki terrorçulara qarşıdır. "Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətindəki Kəşmir ərazisində terror infrastrukturuna zərbə endirən 'Sindur' əməliyyatına başlayıb. Hindistan silahlı qüvvələri terrorçuların düşərgələrinə dəqiq zərbələr endiriblər. Pakistanın hərbi obyektləri hədəf alınmayıb".

Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri telekanala bildirib ki,
Hindistan "Neelum Jhelum" SES-ə zərbə endirərək onu zədələyib. O zaman sual vermək lazımdırbəs onda Hindistan Kəşmirdəki Su Elektrik Stansiyasına niyə hücum edib?
Bundan sonra Pakistan Hindistanın 5 qırıcısını məhv edib.
Bu günkü məlumatlarda deyilir ki, Hindistan ordusu Kəşmirdəki nəzarət xəttində ağ bayraq qaldırıb. Amma hər zaman hücum edib münaqişəni qızışdıran tərəf olaraq Hindistanın bi jestinə inanmaq olmaz. Görünən odur ki, bu xəmir də çox su aparacaq. Eynən İsrail -Fələstin münaqişəsi kimi... sülh isə çox uzaqlardadır, hətta hələ ki, görünmür.

 Əntiqə Rəşid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri