“Zəfər Günü”nə həsr olunan voleybol üzrə ordu birinciliyi başa çatıb FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Müdafiə Nazirliyinin baş idarə və idarələri, habelə xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında “Zəfər Günü”nün beşinci ildönümünə həsr olunan voleybol üzrə ordu birinciliyi başa çatıb.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər qalib komandaları təbrik edib, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında, döyüş ruhunun və komanda birliyinin möhkəmlənməsində bu kimi yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Yarışda iştirak edən Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrindən 11 komandadan birinci yerdə Heydər Əliyev adına Hərbi İnstitutun, ikinci yerdə Hərbi Hava Qüvvələrinin, üçüncü yerdə isə Hərbi Dəniz Qüvvələrinin komandası qərarlaşıb.
Sonda qalib komandalara kubok və medallar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 07 Noyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















